“Azərbaycana çox böyük əhəmiyyət verilir"

"Azərbaycanın bugün nəinki Cənubi Qafqazda, bizim regionda, ümumilikdə bütün dünyada əlbəttə ki, nüfuzu gündən-günə artır. Azərbaycan regionun, dünyanın ən əhəmiyyətli bir ölkəsi kimi qəbul edilir". Bunu  millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün çoxsaylı, yüksək səviyyəli görüşlər, səfərlər və bu səfərlər çərçivəsində imzalanan müqavilələrin hər biri onu göstərir ki, Azərbaycana çox böyük bir əhəmiyyət verilir: "Hər bir dünya ölkəsi Azərbaycanla əməkdaşlığa, strateji partnyorluğa can atırlar. Əlbəttə ki, bu Azərbaycanın durmadan inkişafda olan nailiyyətləi ilə bağlıdır. Hər bir ölkə Azərbaycanla tərəf müqabili olmaqla, eyni zamanda öz ölkəsinə dividentlər qazandırmağa çalışır. Yəni bu o deməkdir ki, Azərbaycan sadəcə iqtisadi baxımından deyil, həm də siyasi baxımından söz, nüfuz sahibidir. Azərbaycanla əməkdaşlıq etmək, birlikdə olmaq həmin ölkələrə də daha çox fayda gətirə biləcək. Bir amil kimi qiymətləndirilir. Azərbaycan Prezidentinin Orta Asiyaya, Türkmənistana, Qazaxıstana, Belarusiyaya səfəri uğurlu əməkdaşlıqla yadda qaldı. Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun da Azərbaycana yüksək səviyyəli səfərini yuxarıda sadaladığım amillərin nümayişi kimi qiymətləndirərdim".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31