"Sərkisyan Qarabağı qaytarmaq istəyirdi, biz isə..." – Paşinyan

Biz Qarabağı satmayacağıq.

Bunu Tavuş vilayətində təşkil etdiyi mitinqdə çıxışı zamanı Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib.

"David Şahnazaryan deyir ki, biz Qarabağı vermək üçün hakimiyyətə gəlmişik. Mən indi emosional bəyanatlar vermək istəmirəm. Faktlara əsaslanan bəyanat verirəm. Bizim hökumət və mən Ermənistanın ilk rəhbərliyik ki, Ermənistan hökumətinin Qarabağ konfliktini həll edə bilmədiyini qeyd edir və bunu xalqın həll etməli olduğunu deyirik. Əgər xalq üçün qəbuledilən təklif səslənsə, mən bunu xalqa təqdim edəcəm və xalq qərar verəcək.

Respublikaçılar Partiyası bizi Qarabağı satmaqda ittiham etməklə xalqı ittiham edir. Bunu Serj Sərkisyanın rəhbərliyi ilə Qarabağı vermək siyasəti aparan partiyanın nümayəndələri deyirlər", - deyə o bildirib.

Qeyd edək ki, Şahnazaryan Paşinyanın Qarabağı "satacağını" bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31