Azərbaycanın Rusiyanın federal subyektləri ilə sıx əlaqələr qurması vacib məsələlərdəndir

Bu Qafqaz regionunda Ermənistanın təklənməsi, onun "Qafqaz evi"n dən kənarda saxlanması baxımından mühüm əhəmiyyət kəsb edir

Bu Qafqaz regionunda Ermənistanın təklənməsi, onun "Qafqaz evi"n dən kənarda saxlanması baxımından mühüm əhəmiyyət kəsb edir

Azərbaycan Respublikasının yaxın və uzaq ölkələr, qonşu dövlətlərlə normal, qarşılıqlı faydalı əməkdaşlığa hesablanmış münasibətləri davam edir. Son bir ay ərzində ölkəmizə olan səfərlər, eləcə də Azərbaycan dövlət başçısının müxtəlif dövlətlərə rəsmi səfərə dəvət olunması fonunda bunu aydın görmək mümkündür. Bu günlərdə isə  Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Kadirovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Dövlət başçısı bildirib ki, bu səfər xalqlarımız arasında ənənəvi qardaşlıq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Dövlət başçısı qeyd edib ki, Çeçen və Azərbaycan xalqları əsrlər boyu dostluq edirlər, bir-birini dəstəkləyirlər və bu gün bizim münasibətlərimiz yeni səviyyəyə çıxır. Prezident çıxışında regionda mövcud duruma da toxunaraq bildirib ki, Azərbaycanı Şimali Qafqaz respublikaları ilə uzun tarix, yaxın münasibətlər, mənəvi, mədəni, doğma əlaqələr bağlayır: "Biz hesab edirik ki, Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür. Əlbəttə ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir".

Ramzan Kadırov isə öz növbəsində Azərbaycanın regiondakı nüfuzundan, çəkisindən söz açıb. Xüsusilə ölkəmizin müsəlman dünyasına verdiyi töhfələri təqdir edib: "Biz Sizin qardaşlıq münasibətləri qurduğunuzu, konfranslar keçirdiyinizi, təkcə dini liderləri deyil, bizim regionların rəhbərliyini də qəbul etdiyinizi və yalnız müsəlmanları deyil, bütün konfessiyaları birləşdirdiyinizi görürük. Bu, çox qiymətlidir. Buna görə də bunu həm Azərbaycan xalqı, həm də bütün Qafqaz xalqları görür".

Çeçenistan dövlət başçısının Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlər ekspertlər tərəfindən də diqqət çəkib. Müstəqil ekspert Zeynal Əmralıyevin sözlərinə görə, Çeçenistan liderinin Bakıda prezident İlham Əliyevlə görüşünün fotolarından aydın görünür ki, görüş olduqca səmimi keçib: "Görüşdə Azərbaycan tərəfdən dövlət başçısı ilə bərabər Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, Prezidentin hərbi və təhlükəsizlik məsələləri üzrə köməkçisi Fuad Ələsgərov və iqtisadiyyat naziri Şahin Mustafayev də işdirak edib. Bu o demekdir ki, görüşün əsas müzakirə mövzusu hərbi və iqdisadi məsələlər olub". Ekspert bildirib ki, Azərbaycanın Rusiyanın federal subyektləri ilə sıx əlaqələr qurması vacib məsələlərdəndir: "Bu Qafqaz regionunda Ermənistanın təklənməsi, onun "Qafqaz evi"n dən kənarda saxlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Silahlı qruplaşmalarla mübarizə aparmaq üçün hərbi əməkdaşlıq xüsusi önəm kəsb edir.Şimali Qafqazda sülh və təhlükəsizliyin yüksək səviyyədə olması ölkəmiz üçün son dərəcə önəmlidir.Çünki bu ərazidən Azərbaycana məxsus xeyli sayda ticarət vasitələri keçir. Həm də bu ərazilərdə xeyli soydaşımız çalışır. Digər tərəfdən Şimali Qafqazda gərgin vəziyyət şimal rayonlarımız üçün xüsusi bir təhlükə deməkdir. Bu praktikanı "Meşə Qardaşları" adlı terror təşkilatının timsalında görmüşdük". İqtisadi məsələlərə gəldikdə isə, Zeynal Əmralıyev deyib ki,  Azərbaycanla Rusiyanın fedaral subyektləri arasında iqtisadi əlaqələr xüsusi bir önəmə sahibdir: "Azərbaycan iş adamları üçün bu ölkələr sərfəli bazar rolunu oynayır. Xüsusi ilə Çeçenistan müharibədən sonra yenidən bazar iqtisadiyyatını dirçəldir, infrastuktur layihələrini yenidən qurur. Azərbaycan nəyə görə bundan kənarda qalsın ki?. Bu ölkələrdə yeni-yeni iqtisadi layihələrin həyata keçirilməsi çox faydalı ola bilər.Xüsusilə də həmin bölgələrdə ali təhsil məktəblərimiz öz filiallarını aça bilərlər. Bu onlara böyük miqdarda qazanc gətirə bilər. ADİU-nun Dağıstanın Dərbənd şəhəridə filialı var və uzun müddətdir ki, çox uğurlu şəkildə fəaliyyət gösdərir. Hətta həmin ölkənin nüfuzlu ali məktəblərindən hesab olunur". Ekspert deyib ki, sonda Ramzan Kadırov Prezident İlham Əliyevi Çeçenistana dəvət edib və dövlətimizin başçısı təklifi məmuniyyətlə qəbul edib: "Belə düşünürəm ki,səfər zamanı cənab prezidenti xeyli sayda iş adamı da müşahidə edəcək. Hazırda Rusiya-Azərbaycan İş Adamları Təşkilatı adlı qurum da var. Bu təşkilatın üzvləri çox geniş layihələr icra edə bilərlər. Özəl ali təhsil müəssisələrinin sahibləri yaxşı olar ki, bu mövzu barədə düşünsünlər. Rusiya dövləti hazırda Şimali Qafqazın iqdisadi cəhətdən dirçəlməsinə, mərkəzi hökumətə çoxda yük olmaması üçün öz-özünü təmin etməsinə maraqlıdır. Buna görə ora sərmayə qoyan iş adamlarının xeyli qazanc əldə edə biləcəyi fikrindəyəm".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31