Paşinyan: "Müttəfiqlərimiz Bakı ilə dostluq edir"
27 Noyabr 2018 18:53 SiyasətKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bir-birinə qarşı müttəfiqlik öhdəliklərinə aydınlıq gətirməlidirlər.
Bunu Vanadzorda təşkil etdiyi mitinqdə çıxışı zamanı Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib.
"Siz bilirsiniz ki, son zamanlar KTMT-də aktiv müzakirələr aparılır. Bu müzakirələr zamanı alyans üzvlərinin bir-birinə qarşı öhdəlikləri aydınlaşdırılmalıdır. Biz gərək başa düşək ki, kimə güvənməliyik. Bizə aydın deyil ki, müttəfiqlərimiz niyə Ermənistana dost olmayan ölkəyə silah satırlar. Bunu müttəfiqlərimizlə səmimi müzakirə edəcəyik", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31