Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir
27 Noyabr 2018 16:23 SiyasətAzərbaycan Cənubi Sudana sülhməramlı göndərir.
Bununla bağlı Prezident İlham Əliyevin imzası ilə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə layihə daxil olub.
Layihədə qeyd olunub ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyasının tərkibində olacaq. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq.
Komitə layihəni müzakirə edərək plenar iclasa tövsiyə edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31