“Paşinyanı girovluqda olan erməni vətəndaşı düşündürmür"
“Mən Ermənistan hərbçisi Arsen Baqdasaryanın müraciətini həbsdə olaraq əsir kimi özünü əziyyətçəkən bir insanın ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla bölüşməsi kimi başa düşürəm”. Bunu millət vəkili Azər Badamov deyib.
27 Noyabr 2018 15:18 Siyasət"Mən Ermənistan hərbçisi Arsen Baqdasaryanın müraciətini həbsdə olaraq əsir kimi özünü əziyyətçəkən bir insanın ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla bölüşməsi kimi başa düşürəm". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib: "Bu onu deməyə imkan verir ki, Paşinyana birbaşa müraciət olunarsa onun heç bir təsiri olmur və həmin müraciət üzə çıxmır. Paşinyan erməni vətəndaşını düşündürməyən bir şəxsdir. Bu müraciətin məhz açıq şəkildə yayılması da onun göstəricisidir. Baqdasaryan fikirləşib ki, müraciəti Paşinyana ünvanlansın və Paşinyanı əsir-girovların "hamının-hamıya" prinsipi ilə azad etməyə dəvət etsin. Yəni Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşları ilə biz tərəfdə olan ermənilər dəyişdirilsin və ailələrinə qaytarılsın. Düşünürəm ki, bu müraciət çətin ki, öz həllini tapsın. Çünki paşinyanları nə erməni vətəndaşı, nə də girovluqda olan erməni vətəndaşı düşündürmür. Onu düşündürən yalnız hakimiyyətdir və öz maraqlarıdır. Təbii ki, bu məktubun da açıq şəkildə ifadə olunması bir daha onu göstərir. Yəni Baqdasaryan göstərmək istəyir ki, Azərbaycan tərəfdə də ermənilər var və onlar dəyişdirilməlidir".f
sia