Gürcüstanda iki siyasi gücün revanş savaşı
Prezident seçkilərinin qalibi kim olacaq? Qonşu Gürcüstan yenə seçki ərəfəsindədir. Söhbət bir müddət əvvəl keçirilmiş prezident seçkilərinin ikinci mərhələsindən gedir. Məlumat üçün qeyd edək ki, son prezident seçkiləri Gürcüstanda demək olar ki, rekord sayda namizədlərin iştirak etdiyi prezident seçkiləri kimi yadda qaldı. Seçkilərdə əsas mübarizə Salomi Zurabişvili və Qriqor Vaşadze arasında getdiyindən elə seçkilərin ikinci turuna da adı çəkilən iki namizəd daha çox səs toplayaraq keçdi.
27 Noyabr 2018 13:24 SiyasətPrezident seçkilərinin qalibi kim olacaq?
Qonşu Gürcüstan yenə seçki ərəfəsindədir. Söhbət bir müddət əvvəl keçirilmiş prezident seçkilərinin ikinci mərhələsindən gedir. Məlumat üçün qeyd edək ki, son prezident seçkiləri Gürcüstanda demək olar ki, rekord sayda namizədlərin iştirak etdiyi prezident seçkiləri kimi yadda qaldı. Seçkilərdə əsas mübarizə Salomi Zurabişvili və Qriqor Vaşadze arasında getdiyindən elə seçkilərin ikinci turuna da adı çəkilən iki namizəd daha çox səs toplayaraq keçdi.
Gürcüstanda keçirilən prezident seçkiləri sabiq dövlət başçısı Mixail Saakaşvilinin də ölkə həyatında fəal siyasi mübarizəyə qatılmaq istəyi, şansı kimi yadda qaldı. Belə ki, əsas namizədlərdən olan Qriqor Vaşadzenin sabiq prezident Mixail Saakaşviliyə yaxınlığı ilə seçilməsi Saakaşvilinin yenidən ölkənin fəal siyasətinə qayıtmasına yol açıb.
Artıq Gürcüstanda prezident seçkilərinin ikinci turunun keçirilməsinə demək olar ki, saatlar qalıb. Belə ki, noyabrən 28-də qonşu ölkə vətəndaşları yenidən seçki məntəqələrinə gedərək ikinci turda ölkə prezidentini seçəcəklər.
Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turu və bu turda hansı namizədin qələbə qazanma şansının olduğuna dair fikirlərini ifadə edən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, qonşu ölkədə bu ayın 28 -də prezident seçkilərinin ikinci turunda sabiq prezident Mixail Saakaşvilinin yaxın silahdaşı, müxalifətin əsas namizədi Qriqol Vaşadzenin qalib gəlmə şansı yüksəkdir. Onun sözlərinə görə, Qərb ölkələri də məhz Vaşadzeni dəstəkləyir: "Mixail Saakaşvili Qərbdə dəstək verdiyi siyasi bloka və namizəd Qriqor Vaşadzenin lobbiçiliyini həyata keçirməkdədir. Qeyd edim ki, hakimiyyətin namizədi olan Salomi Zurabişvilinin qalib gəlməsi, yalnız hakimiyyətin inzaibati resurslardan istifadə edib, saxtakarlığa getməklə nəticələri dəyişdirməsi halda mümkün görünür. Gürcüstan xalqı birmənalı şəkildə oliqarx İvanaşvili sistemindən narazıdır. Onlar əminliklə deyirlər ki, formalaşan gürcü hökuməti formaldı, əsas siyasi hakimiyyəti İvanaşvili idarə edir. O da reketçiliyə üstünlük verir".
Politoloq deyib ki, Gürcüstanda bu illər ərzində İvanaşvili xalqın sosial rifahının yüksəldilməsi, siyasi islahatların dərinləşməsi üçün yetərincə işlər görməyib: "Ölkədə siyasi reketçilik sistemi qurmaqla, seçki ilə formalaşan hökumətə, parlamentə ciddi təzyiqlər edir. Xalq bunun fərqində olduğu üçün yenidən Mixail Saakaşvili siyasi sisteminin qurulmasını istəyir. Bir Gürcüstan vətəndaşı demişkən-"Saakaşviliyə qədər Gürcüstan dövləti yox idi, Saakaşvili dövləti yaratdı, demokratiyanı gətirdi, İvanaşvili gəldi dövlətin sütunlarını, demokratiyanı dağıtmaqla məşğuldur, heç birimizin təhlükəsizliyinə zəmanətimiz yoxdur". Göründüyü kimi prezident seçkiləri Gürcüstanın siyasi həyatında önəmli seçki olacaq. Bu seçki, Gürcüstan tarixində iki siyasi gücün revanş savaşı olacaq. Rusiya kifayət qədər İvanaşvili sisteminin hakimiyyətdə qalmasına maraqlıdır".
Məhəmməd Əsədullazadənin sözlərinə görə. əgər, Qriqor Vaşadze seçilərsə, xalqın dəstəyinə arxalanıb, İvanaşvili sistemini siyasi səhnədən uzaqlaşdlrmağa start verəcək: "Növbədənkənar parlament seçkilərinə gedərək, ölkədə yeni hakimiyyətin formalaşmasına aparacaq. Təbii ki, bundan sonra Mixail Saakaşvili yenidən Gürcüstana dönə bilər. Qeyd edim ki, Gürcüstan azərbaycanlıları əvvəlki seçkilərdən fərqli olaraq indiki seçkilərdə daha da fəaldırlar. Onlar Mixail Saakaşvilinin yenidən hakimiyyətə gəlməsinin arzusundadırlar. Seçkilərin birinci turunda da azərbaycanlılar müxalifətin əsas namizədi Vaşadzeyə səs verdilər. Bundan sonra Gürcüstan azərbaycanlıları siyasi cəhətdən toparlanmalı, Gürcüstanın siyasi həyatında mühüm və söz sahibinə çevriləcək bir toplum olmalıdırlar. Əgər, siyasi cəhətdən azərbaycanlılar fəal olsalar, rəsmi Tbilsinin diskiriminasiya siyasətinin qarşısın ala bilərlər. Bundan əlavə, öz hüquqlarının müdafiəsi istiqamətində inkişafa nail olarlar".
Süleyman