“Artıq Ermənistan hərbçiləri də dilə gəliblər"
“Artıq Ermənistan hərbçiləri özləri də fərqindədirlər ki, nə qədər ki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi yubanıb və yubandıqca da Ermənistan daha da zəifləyib, bu işğalçı ölkənin hərbi gücündə də öz ifadəsini tapır. Təsadüfi deyildir ki, hətta Paşinyanın özü əsgərlərlə görüşündə dəhşətli bir faktı üzə çıxardığını etiraf etmişdi ki, əsgərlərin yedikləri yeməklər insan üçün nəzərdə tutulmayıb”. Bunu millət vəkili Elman Nəsirov deyib.
27 Noyabr 2018 12:46 Siyasət"Artıq Ermənistan hərbçiləri özləri də fərqindədirlər ki, nə qədər ki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi yubanıb və yubandıqca da Ermənistan daha da zəifləyib, bu işğalçı ölkənin hərbi gücündə də öz ifadəsini tapır. Təsadüfi deyildir ki, hətta Paşinyanın özü əsgərlərlə görüşündə dəhşətli bir faktı üzə çıxardığını etiraf etmişdi ki, əsgərlərin yedikləri yeməklər insan üçün nəzərdə tutulmayıb". Bunu millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, hətta Paşinyan öz oğlunun da hərbi xidmətdən zəng edib yemək istədiyini dilinə gətirib: "Bu əslində Ermənistan ordusunda bıabırçı faktlardır. Əgər erməni əsgəri yeməyə bir şey tapmırsa, deməli onun hansı döyüş ruhu və gücü ola bilər. Bu nöqteyi-nəzərdən hərbçilər də narazıdırlar. Erməni hərbçiləri də getdikcə daha çox dilinə gətirirlər ki, bu prosesə artıq son qoyulmalıdır. Onların indi hal-hazırda daha çox dilə gətirdikləri mövqe əsir-girovların "hamının-hamıya" prinsipinə əsasən dəyişdirilməsi ilə bağlı məsələlərdir. Çünki bu məsələlərdə Ermənistan tərəfi, rəhbərliyi hər zaman fərqli mövqedə dayanır və ciddi-cəhdlə çalışır ki, əsir-girovların qaytarılmasını maksimum uzatsın. Təbii ki, bunun özünü də bir təzyiq elementi kimi əllərində saxlamaq istəyirlər.
Azərbaycan tərəfi bu yanaşmanı heç bir zaman qəbul etmir. Biz bu mövqenin tam əleyhinəyik. Beynəlxalq təşkilatlar və beynəlxalq müvafiq qurumlar da bu məsələdə qətiyyət nümayiş etdirməlidirlər. Lakin zaman keçdikcə proseslər elə bir həddə gəlib çatıb ki, artıq təkcə Azərbaycan deyil, eyni zamanda erməni ordusunun hərbçiləri də belə etiraf etməyə başlayıblar ki, ümumiyyətlə münaqişənin tənzimlənməsi prosesinə yeni yanaşmalar olmalıdır. Xüsusilə də əsir-girovların qaytarılması məsələsinə yenidən yanaşılmalıdır. Əks təqirdə bu dalana dirənmiş prosesdən çıxış mümkün deyil. Hesab edirəm ki, bütün bu yeni çağırışlar, yeni yanaşmalar müəyyən mənada Paşinyan hakimiyyətinə təsir göstərəcək. Əks təqdirdə bütün proseslər Ermənistanın ziyanına işləməkdədir".
SİA