Ukrayna gəmilərinə hücumun yeganə məqsədi.... – Deputat
Rusiya ilə Ukrayna arasındakı bu xoşagəlməz durumun müharibə ilə nəticələnəcəyini düşünmürəm. Bu sözləri Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə hücumu ilə bağlı danışan millət vəkili, politoloq Rasim Musabəyov deyib.
26 Noyabr 2018 18:40 SiyasətRusiya ilə Ukrayna arasındakı bu xoşagəlməz durumun müharibə ilə nəticələnəcəyini düşünmürəm.
Bu sözləri Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə hücumu ilə bağlı danışan millət vəkili, politoloq Rasim Musabəyov deyib.
"Hələlik baş vermiş hadisə ilə bağlı dəqiq fikir söyləmək çətindir, çünki müəyyən incəliklər var. Zənnimcə, Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiləri saxlamasında və sonradan zəbt etməsində əsas məqsədi rəsmi Kiyevi təslim olmağa məcbur etmək idi. Əgər Ukrayna dövləti gəmilərinin Kerç boğazından keçməsi üçün Rusiyaya rəsmi müraciət etsəydi, dolayısı ilə Krımın Rusiya ərazisi olduğunu təsdiqləmiş olacaqdı. Ukrayna da rəsmi müraciət etmədiyindən Rusiya bu dövlətin gəmilərini nəzarətə götürüb. Yəni bir növ müəyyən hərbi-diplomatik oyun gedir. Bu oyunun hara qədər davam edəcəyi barədə fikir yürütmək çətindir. Rusiya ilə Ukrayna arasındakı bu xoşagəlməz durumun müharibə ilə nəticələnəcəyini düşünmürəm. Ancaq gərginlik davam edəcək, hətta daha da artacaq. Hazırda baş vermiş olayla əlaqədar müxtəlif versiyalar səslənir. Ancaq bu hadisənin Qərbin xüsusi bir planı olduğunu da düşünmürəm", - deputat bildirib.
Qeyd edək ki, Rusiya ötən gün Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq Kerç limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Rusiya FTX isə 3 əsgərin yaralandığı, onlara tibbi yardım göstərildiyi və həyatları üçün heç bir təhlükə olmadığını açıqlayıb.
axar.az