“Separatçının səfəri Minsk Qrupu həmsədrlərinin fəaliyyətini sual altına alır”
26 Noyabr 2018 16:30 Siyasət"ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün yaradılmışdır". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, həmsədrlərin vəzifəsi münaqişə tərəfləri ilə danışıqlar aparmaq və münaqişənin sülh yolu ilə həll olunmasına təkliflər hazırlamaq. rəhbərlərin görüşlərini təşkil etməklə öz missiyanı yerinə yetirməkdir: "Münaqişənin həll olunmasında danışıqlar aparılan tərəflər Azərbaycan və Ermənistan nəzərdə tutulur. Dağlıq Qarabağ isə işğal altında olan nəzarətsiz ərazi kimi qeyd olunur. Bu ərazi beynəlxalq səviyyədə tanınmadığından bu qondarma ərazinin rəhbəri də tanımamalı, viza verilərək onu qəbul etməməlidir. Bako Saakyanın Fransaya, ABŞ və Rusiyaya səfər etməsi heç bir beynəlxalq normaya uyğun gəlmir. Separatçının səfəri Minsk Qrupu həmsədrlərinin fəaliyyətini sual altına alır. Çünki, əgər sülh yaratmaq missiyanız varsa ədalətli olmalısınız və hərəkətləriniz də sülhə xidmət etməlidir. Belə olan halda isə onu deməyə imkan verir ki, həmsədrlərin məqsədi sülh yaratmaq yox, vəziyyəti uzatmaqdan ibarətdir. Bunun da kökündə təbii ki, ikili standartlar dayanır. Yəni, ölkələrə qarşı eyni münasibətin bəsləməməsidir. Düşünürəm ki, torpaqlarımız azad etmək üçün biz heç kimə arxayın olmamalıyıq. Biz ancaq öz gücümüzə güvənməliyik və ona görə də ordumuzu hər gün gücləndirməli, döyüş qabiliyyəti artırmalı və hər an Ali Baş Komandanın əmrini gözləməliyik".
SİA