“Qərb dövlətləri bəzi hallarda xristian təəssübkeşliyindən çıxış edirlər”
“Qondarma Dağlıq Qarabağda ki, separatcı rejimin liderinin ABŞ-a, Fransaya və Rusiyaya səfərləri vasitəçilik prinsiplərinə ziddir”. Bunu politoloq Elşən Manafov deyib.
26 Noyabr 2018 16:28 Siyasət"Qondarma Dağlıq Qarabağda ki, separatcı rejimin liderinin ABŞ-a, Fransaya və Rusiyaya səfərləri vasitəçilik prinsiplərinə ziddir". Bunu politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, bu ümumiyyətlə, ATƏT-in Minsk Qrupuna etimadın daha da tükənməsinə gətirib çıxarda bilər: "Artıq bu səfərlərlə bağlı rəsmi Bakının etiraz mövqeyi açıqlanıb. Azərbaycan bildiyiniz kimi Fransaya bununla bağlı özünün etirazını bildirib. ABŞ-a qarşıda eyni münasibət sərgilənib. Fransa və ABŞ-da səfəri zamanı Bako Saakiyan humanitar yardım adı altında ianələr toplayıb. 3 il ərzində təxminən adı çəkilən dövlətlərdən 37 milyon dollara yaxın ianə toplanıb. Bu ianələr hesabına Dağlıq Qarabağdakı separatçı rejimin silahlanmasına sərf etməyəcəyinə heç kəs təminat verə bilməz. Bu da onun göstəricisidir ki, Qərb dövlətləri təəssüflər olsun ki, hələdə ikili standartlardan və bəzi hallarda xristian təəssübkeşliyindən çıxış edirlər. Azərbaycan multukultural və tolerant bir ölkə kimi Qərb siyasi elitası tərəfindən islam dünyasına etalon olan bir dövlət kimi də qəbul edilir. Amma görünür ki, Azərbaycanın Rusiya və qonşu İran dövləti ilə münasibətlərinin formatı, xarakteri Qərbdə müəyyən dairələri təmin etmir. Əslində bu kimi amillər Azərbaycan dövlətinə bir təhdid və təzyiq anlamında qəbul oluna bilər. Amma Azərbaycan suveren bir dövlətdir, o özünün siyasətini müstəqil şəkildə aparır. Yəni, balansılaşdırılmşı xarici siyasət həyata keçirir. Düşünmürəm ki, Bako Saakiyan kimi separatçı rejimin liderlərinin həmin ölkələrdə keçirdikləri hər hansı bir kampaniyalar bu münasibətlərin, formatına və mahiyyətinə ciddi təsir göstərə bilər. Bununla belə Bako Saakiyan nə Fransada, nə də ki, ABŞ-da rəsmi səviyyədə qəbul olunmayıb. O sadəcə, bir növ qaçaq yolu ilə sözügedən ölkələrdə olub. Bunla belə onun səfərinin qarşısı mütləq alınmalı idi. Bunu beynəlxalq hüquq normaları tələb edir".
SİA