Vladimir Solovyov: “İlham Əliyev və Vladimir Putin inanılmaz siyasi üfüqə sahibdirlər”

Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov Azərbaycana səfəri pzamanı Prezident İlham Əliyevlə görüşünün təəssüratları barədə danışıb. Solovyov bildirib ki, Prezident İlham Əliyevin Rusiya və Azərbaycan mətbuatında baş verənləri çox ətraflı anlamasının şahidi olub.

Onun sözlərinə görə, İlham Əliyev söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkib: "Hiss edirdim ki, o, gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, o, Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində onun bu cür materiallarla problemi olmur".

RJB sədri onu da əlavə edib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var:  "Onlar inanılmaz siyasi üfüqə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun", - V.Solovyov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31