Türkiyə siyasətində yeni sürprizlər
Ərbəkanlar yenidən siyasi meydanda Qardaş Türkiyənin siyasi səhnəsində yeniliklər baş verməkdədir. Son illərdə bir-birinin ardınca yaranan yeni partiyalara daha biri əlavə olunub. Belə ki, Türkiyədə ''Milli Görüş'' adlı siyasi-dini ideologiyanın banisi,mərhum baş nazir Nəcməddin Ərbakanın oğlu Fateh Ərbakan böyük siyasətə qayıtdığını bildirərək yeni partiya qurduğunu elan edib. Fateh Ərbakan partiyanın adının Rəfah Partiyası olacağını da bildirib. Hətta oğul Ərbəkan yeni partiyaya Osmanlı xanəndanlığının bir neçə üzvünün də qatılacağını elan edib.
26 Noyabr 2018 15:08 SiyasətƏrbəkanlar yenidən siyasi meydanda
Qardaş Türkiyənin siyasi səhnəsində yeniliklər baş verməkdədir. Son illərdə bir-birinin ardınca yaranan yeni partiyalara daha biri əlavə olunub. Belə ki, Türkiyədə chr("39")chr("39")Milli Görüşchr("39")chr("39") adlı siyasi-dini ideologiyanın banisi,mərhum baş nazir Nəcməddin Ərbakanın oğlu Fateh Ərbakan böyük siyasətə qayıtdığını bildirərək yeni partiya qurduğunu elan edib. Fateh Ərbakan partiyanın adının Rəfah Partiyası olacağını da bildirib. Hətta oğul Ərbəkan yeni partiyaya Osmanlı xanəndanlığının bir neçə üzvünün də qatılacağını elan edib.
Türkiyənin siyasi həyatında cərəyan edən proseslər və mərhum Nəcməddin Ərbəkanın oğlunun siyasi səhnəyə qayıdaraq partiya yaratmasını şərh edən müstəqil ekspert Zeynal Əmralıyev deyib ki, keçmiş xanəndanlıq üzvləri bəraət etdikdən sonra bu onların siyasətə ilk gəlişidir. Ekspertin sözlərinə görə, əslində bunun olacağı,"osmanlı"ların Türkiyədə siyasi iddialarını ortaya qoyacağı məlum məsələ idi: "Ancaq əksəriyyət onların Ədalət və İnkişaf Partiyasına qatılacağını gözləyirdilər.Buna baxmayaraq onlar oğul Ərbakanın yanında yer aldılar.Ərbakan hələ ki Səadət Partiyasını hədəf alan açıqlamalar verir. Fateh bəy hətta keçmiş partiyasına qarşı məhkəmə açaraq partiya ofisinin chr("39")chr("39")Ərbakan Fonduchr("39")chr("39")na təhvil verilməsini tələb edib. Fateh Ərbakan bu ofisi yeni quracağı partiyanın ofisi kimi isdifadə edəcəyini bildirib.O "Səadətichr("39")chr("39")n indiki siyasətini biabrçılıq adlandırıb. Rəcəb Tayyib Ərdoğanın "siyasi usdad"ının oğlunun Rəfah Partiyasının yenidən qurulması səbəbini bir neçə yerdə axtara bilərik. Birincisi, özünün dediyi kimi atasının siyasi mübarizəsinə sahib çıxmaq. Səadətin son zamanlar ənənəvi ideologiyadan bir qədər uzaqlaşaraq sol qüvvələrlə, əsasən də Cümhuriyyət Xalq Partiyası ilə müttəfiq olmasına etiraz edərək bu addımı atdı. İkincisi, Ədalət və İnkişaf Partiyası nüfuzunun azaldığını gördü. Buna görə sağda yeni bir siyasi qüvvəyə ehtiyac duyulduğunu düşünərək bu addımı atdı. Üçüncüsü, məqsədi prezidentliyə hesablanıb. Rəcəb Tayyib Ərdoğandan sonra sağ qüvvələrin vahid namizədi olaraq Türkiyənn yeni prezidentliyi üçün mübarizə aparmaq istəyir". Zeynal Əmralıyev deyir ki, oğlu Ərbəkan ya Rəcəb Tayyib Ərdoğanın diqqətini çəkəcək, ya Numan Kurtulmuş kimi AK Partiyadan birləşmək təklifi alaraq ona birləşib hökumətdə təmsil olunacaq, ya da öz partiyası ilə ittifaqa girərək iqtidarın ortağı olacaq: "Partiya Rəcəb Tayyib Ərdoğanın sifarişi ilə qurulub. Rəcəb Tayyib Ərdoğan Səadət Partiyasının gələcəkdə onun üçün əlavə baş ağrısına çevriləcəyindən ehtiyyat edərək Rəfah Partiyasını qurdurub chr("39") chr("39")Milli Görüşchr("39")chr("39") hərakatını iki yerə parçalayaraq chr("39")chr("39")Səadətchr("39")chr("39")i cəzalandırmış oldu. Türkiyə artıq gələn ilin əvvələri üçün bələdiyyə seçkilərinə hazırlaşır. İsdər əvvəlki parlament idarəçilik formasında, istərsə də hazırki prezident respublika sistemi ilə idarə olunmada ölkədə bələdiyyə hakimiyyəti demək olar ki, mərkəzi hökumətdən asılı olmayan güclü bir hakimiyyətin rolunda çıxış edirdi. Dövlət Baxçalının Milliyətçi Hərəkat Partiyasının "Millət İttifaqı"da artıq yer almayacağını açıqlamasından sonra tərəflər yenidən görəşərək ittifaqın davam etməsini, partiyaların sadəcə regional seçkilərdə birgə işdirakdan imtina etdiyini söylədilər. AK Partiya yeni müttəfiqlərin arzusundadır. Kim bilir, bəlkə də AK Partiya Rəfah Partiyasi ilə ittifaqa girərək Fateh Ərbakanın Ankara və ya İstanbul kimi şəhərlərin birindən bələdiyyə sədrliyinə namizədliyini müdafiə edəcək. Bəlkə də Rəcəb Tayyib Ərdoğan artıq yeni varisini seçib. Nüfuzu get-gedə aşağı düşən AK Partiya funksonerlərinin yerinə nəyə görə chr("39")chr("39")oğul Ərbakanchr("39")chr("39") kimi gənc və populyar siyasətçi olmasın.chr("39")chr("39")Rəfahchr("39")chr("39")ın yenidən gəlişi sağda yeni bir canlama yaradacaq. Partiyanın və liderinin siyasi arenada hansı rola malik olacağını yalnız bələdiyyə seçkiləridən sonra deyə biləcəyik. Çünki hazırda Türkiyə siyasi həyatında hər şey bu seçkilərə görə hesablanıb və bu yeni partiya ilə liderinin siyasətdəki ilk imtahanı olacaq. Hər halda hər şey yaxın vaxtlarda bəlli olacaq".
Füzuli