“Bako Saakyanın səfərində ikili yanaşma mövcuddur"
26 Noyabr 2018 14:36 Siyasət"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın qanunsuz səfərləri əvvəllər də olub". Bunu millət vəkili Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Saakyan Fransaya, ABŞ-a, Rusiyaya ilk dəfə deyil səfər edir: "Həmin ölkələr Bako Saakyanı qəbul edirlər, sonra isə deyirlər ki, biz onu rəsmi şəkildə qəbul etmirik, çünki onun rəsmi statusu yoxdur. Beləcə Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar. Amma təbii ki, burada ikili yanaşma mövcuddur. Ona görə ki, belə bir səfərləri Cənubi Osetiyanın, Abxaziyanın, Dnesrtyanının, Krımın qondarma rəhbərləri həyata keçirə bilmirlər. Ermənistanda indi müəyyən mənada anlayırlar ki, seçkilər keçiriləndən sonra təzyiq altına düşəcəklər. Yəni açıq şəkildə deyirlər ki, işğal olunmuş ərazilərdən çəkilmək lazımdır. Paşinyan isə ona izah edib ki, bunu etməyə məcbursan. Ona görə ki, onların arxasında Ermənistan da dayana bilmir. Beləcə Saakyan qanunsuz səfərlər etməklə reallığı öz gözü, qulağı ilə eşitmək istəyir. Digər tərəfdən də onlar bu yağmalamağa gedirlər".
SİA