Ermənistan danışıqlara hazırlaşır, Qarabağ üçün YENİ VARİANT
26 Noyabr 2018 14:04 Siyasət"Ermənistan Qarabağ üzrə danışıqlar prosesinə hazırlaşır, lakin bizim məmurlarımızın effektiv ideyası yoxdursa, ölkə olaraq ciddi problemlərlə qarşılaşacağıq".
Bu barədə erməni ekspert Arman Melikyan deyib.
Onun sözlərinə görə, münaqişə üzrə danışıqlar növbəti ilin başlanğıcında olacaq.
"İstisna etmirəm ki, Ermənistanda seçkilərdən sonra münaqişənin nizama salınması üzrə yeni təkliflər irəli sürüləcək. Lakin hesab edirəm ki, Ermənistan özü yeni təşəbbüslərlə çıxış etməlidir, əks təqdirdə başqalarının təklifləri bizim maraqlarımıza uyğun olmayacaq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31