Azərbaycan -Türkmənistan əməkdaşlığı yeni mərhələyə qədəm qoyub

Prezidentin Aşqabad səfəri əlaqələri daha da inkişaf etdirəcək Azərbaycan prezidenti İlham Əliyevin Aşqabada rəsmi səfəri bir sıra mühüm sənədlərin imzalanması ilə nəticələndi. Səfər çərçivəsində Azərbaycanla Türkmənistan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində hər iki dövlət başçısı arasında müzakirələr aparılıb, qarşılıqlı münasibətlərə dair bir çox sahələr üzrə sazişlər imzalanıb.

Prezidentin Aşqabad səfəri əlaqələri daha da inkişaf etdirəcək

Azərbaycan prezidenti İlham Əliyevin Aşqabada rəsmi səfəri bir sıra mühüm sənədlərin imzalanması ilə nəticələndi. Səfər çərçivəsində Azərbaycanla Türkmənistan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində hər iki dövlət başçısı arasında müzakirələr aparılıb, qarşılıqlı münasibətlərə dair bir çox sahələr üzrə sazişlər imzalanıb.Siyasi ekspertlər hesab edirlər ki, ölkə prezidentinin Türkmənistana səfəri iki ölkə arasındakı çoxşaxəli əlaqələrin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Aşqabadda iki dövlət arasında iyirmi müqavilənin imzalanması bunu təsdiqləyir. Tarixi köklərə, eyni soya malik xalqların gələcək inkişaf perspektivləri baxımından bu səfərin önəmi çox böyükdür. Millət vəkili, MM-in Azərbaycan-Türkmənistan Parlamenntlərası Dostluq Qrupunun üzvü Eldar İbrahimov  bildirib ki, hər iki ölkənin xalqları dərin tarixi köklərə, dil, din birliyinə və dəyərlərə sahibdir. Deputatın sözlərinə görə, son illər Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişafı yönündə vacib addımlar atılıb. Ötən il Türkmənistan prezidentinin ölkəmizə səfər etdiyini xatırladan E. İbrahimov həmin səfər zamanı qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı vacib müzakirələrin aparıldığını qeyd edib. E.İbrahimov söyləyib ki, İ. Əliyevin Türkmənistana rəsmi səfəri zamanı 20-dən çox sənədin imzalanması da əlaqələrin uğurlu perspektivindən xəbər verir: "Hər iki ölkə tarixi İpək Yolunun üzərində yerləşir. Səfər zamanı əsas müzakirə mövzularından biri məhz nəqliyyat dəhlizləri, bu sahədə əməkdaşlıq və loqistika məsələləri olub. Müzakirələrdə nəqliyyat-tranzit dəhlizlərinin və düzgün logistikanın tərtib olunması məsələlərinə toxunulub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcək qarşılıqlı fəaliyyətimiz, Türkmənistanla Azərbaycan arasında ənənəvi qardaşlıq münasibətlərinin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edəcək, regionumuzun ölkələri arasında yeni daha yaxşı şərait yaradacaq. Hesab edirəm ki, dövlətimizin başçısının Türkmənistana səfəri əlaqələrimizin inkişafına böyük təkan verəcək. Bütövlükdə isə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada dostlarının və tərəfdaşlarının sayı daha da artır". Millət vəkili  Sona Əliyeva bildirib ki, Bakı ilə Aşqabad arasındakı əlaqələr strateji tərəfdaşlıq və əməkdaşlıq xarakteri daşıyır. Onun sözlərinə görə, prezidentlərin Birgə Bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərinin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu. O, qeyd edib ki, bu da Türkmənistanın ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini dəstəklədiyini göstərir: "Bu səfərin nəticəsi olaraq Azərbaycanla Türkmənistan arasında siyasi əlaqələrin möhkəmlənməsi fonunda iqtisadi və ticari əlaqələri daha da inkişaf edəcək. Hazırkı durumda quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini hər iki tərəf çox yaxşı dərk edir. İqtisadi əlaqələrin inkişafı hər iki ölkənin maraqlarına xidmət edir. Bu həm də Xəzər regionunda, eləcə də bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına hesablanmış addımlardır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanda və Türkmənistanda paralel olaraq dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılıb. Cənab Prezidentin Türkmənistana səfəri iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası, nəqliyyat və digər sahələrdə əməkdaşlığın hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verib".Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva da deyib ki, prezidentin Türkmənistana rəsmi səfəri çox böyük əhəmiyyət daşıyır: "Həm tarixi yaxınlıq baxımından, həm də dilimizin, ənənələrimizin yaxınlığı baxımından Türkmənistan bizim üçün dost və tərəfdaş ölkədir ". J.Əliyeva bildirib ki, Türkmənistan dövləti ilə bizi bir sıra layihələr birləşdirir. Millət vəkilinin sözlərinə görə, bu layihələrin sürətlə həyata keçməsi istiqamətində cənab Prezidentin Türkmənistana rəsmi səfəri əlbəttə ki, böyük rol oynayacaq: "Səfər zamanı bir çox sahələr üzrə müqavilələrin imzalanması həm iki ölkə arasında münasibətlərin, həm də regionda ölkələrarası münasibətlərin inkişafında əhəmiyyəti bir rol oynayacaq. Səfər çərçivəsində Türkmənistan Prezidentinin Azərbaycana, ölkəmizdəki inkişafa verdiyi qiymət, Azərbaycan Prezidentinin çox böyük hörmətlə, ehtiramla qarşılanması onu göstərir ki, Azərbaycanın bölgədə və dünyada nüfuzu daha artır. Dünya ölkələri Azərbaycanla əməkdaşlığa, partnyorluğa, iş birliyinə can atırlar. Bu da ölkəmizin artan nüfuzunun göstəricisidir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31