"Ukrayna Şərqi Avropada iki dövlətin rəqabət mərkəzində durur"

"Ərazisində münaqişənin artıq beşinci il sürdüyü Ukrayna Şərqi Avropada iki dövlətin rəqabət mərkəzində durur. Vaşinqton Kiyevə siyasi və iqtisadi baxımdan, habelə Ukraynanın şərqində Rusiyanın əl tutduğu separatçılarla çarpışmasına dəstəkdə önəmli rol oynayıb". Bunu  politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar birgə hərbi təlimlər keçirmək və məhdud sayda letal silah, birinci növbədə tanka qarşı "Javelin" raket kompleksi tədarük etməklə artıq Ukraynaya təhlükəsizlik sahəsində əl uzadır: "Təbii ki, bu da öz növbəsində Rusiyanı narahat edir. Xüsusilə, ABŞ-ın Ukraynaya silah satışını artırması və Ukraynanın Rusiya ilə qarşıdurmasında potensial qaynar nöqtəyə çevrilmiş Azov dənizində Kiyevin hərbi-dəniz donanmasını gücləndirmək səyləri Rusiya tərəfindən təhlükə siqnalı olaraq qəbul edilib. Rusiyanın qırmızı xətti olaraq gördüyü Ukrayna məsələsi ələlxüsusda 17-ci əsrdən bu yana dənizlərə çıxışın əhəmiyyətli dərəcədə önəm kəsb etməsi Kremli sərt tədbirlər görməyə vadar edir. Hadisələrin belə inkişafı Belarus paytaxtı Minksdə mənzillənən və Ukrayna münaqişəsinə son qoymağı nəzərdə tutan danışıqlar prosesini pozacaq ki, bu da tənzimlənməni və qarşıdakı ildə Ukraynanın şərqində BMT sülhməramlılarının yerləşdirilməsini şübhəli edir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31