“Bako Saakyanın səfərlərini təşkil edən erməni diasporasıdır"

"Ümumiyyətlə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın qanunsuz olaraq Fransaya, ABŞ-a və Rusiyaya səfəri erməni diasporasının gücündən xəbər verir". Bunu millət vəkili Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, həmin səfərləri təşkil edən məhz erməni diasporasıdır: "Bako Saakyanın Rusiyaya səfəri isə onun hər zaman ən ümdə məsələsi olub. Ona görə də Rusiya bu gün Saakyanı Moskvaya gətirməklə əslində özünü ifşa edib. Mənə elə gəlir ki, danışıqlar prosesini pozmasına, bu münaqişənin həllinə maneçilik törətməyinə Rusiya məharətlə bu səfərlə nümayiş etdirib. Ermənistanda hakimiyyət dəyişir. Çox güman ki yaxın müddətdə qondarma Dağlıq Qarabağda da dəyişikliklər olacaq. Ona görə də Bako Saakyan və onun arxasında dayanan qüvvələr qorxurlar ki, bunun qarşısını alsınlar".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31