İƏT Gənclər Forumundan prezidentə təşəkkür

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumuna bağlı sosial şəbəkə hesablarda yayılan məlumata əsasən, Forumun təsisçi baş katibi və 2014-cü ildən bu beynəlxalq təşkilatın sədri vəzifəsində çalışan səfir Elşad İskəndərov bir sıra İƏT üzv-ölkələri və qurumlarının yüksək fərqlənmə nişanları ilə təltif edilib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumuna bağlı sosial şəbəkə  hesablarda yayılan məlumata əsasən, Forumun təsisçi baş katibi və 2014-cü ildən bu beynəlxalq təşkilatın sədri vəzifəsində çalışan səfir Elşad İskəndərov bir sıra İƏT üzv-ölkələri və qurumlarının yüksək fərqlənmə nişanları ilə təltif edilib. İƏT GənclərForumu, Avrasiya Regional Mərkəzinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təşkilatın qurulması və inkişafında xidmətlərinə, eləcə də İƏT ölkələri gənclərinin inkişafı və həmrəylinin gücləndirilməsi sahəsində  uğurlu fəaliyyətinə görə və sədrlik müddətinin  bitməsi ilə əlaqədar azərbaycanlı diplomat Qətərin "Mədəniyyətlərin inkişafında xidmətinə görə Şeyx Təmim medalı". İSESKO-nun fərqlənmə medalı, İndoneziya, Fələstin və İran hökumətlərinin təşəkkürnamə diplomu, Tatarstanın fəxri diplomu, bir sıra qurumların   qiymətli hədiyyələri ilə təltif olunub.

Bununla əlaqədar, qardaş ölkə və qurumlara öz feysbuk səhifəsində minnətdarlığını bildirən səfir İskəndərov  Forumun inkişafına verdiyi dəstəyə görə Azərbaycan dövlət başçısına öz təşəkkürünü ifadə edib: "Bu illər ərzində Forumun təşkil olunmasına, Azərbaycan nümayəndəsi kimi Forumun rəhbərliyindəki fəaliyyətlərimə verdiyi dəstək və göstərdiyi qayğı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildiririəm. Eyni zamanda, Forumun dünyada Azərbaycan həqiqətlərini təbliğ edən və mədəniyyətlərarası dialoqu tərənnüm edən mühüm layihələrinə dəstəyinə görə Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya bütün İƏT Gənclər Forumu adından minnətdarlıq ifadə etmək istərdim". E. İskəndərov eyni zamanda 14 il ərzində Forumun İƏT məkanında mədəniyyətlərarası dialoq sahəsində fəaliyyəti ilə bağlı nüfuzlu və və etibarlı tərəfdaş kimi tanındığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31