Yaxın Şərqin iki güclü dövlətini kimlər qarşı-qarşıya qoyur?

Bu günlərdə dünya İstanbulda Səudiyyə Ərəbistanı kosulluğunda yoxa çıxmış və öldürüldüyü ehtimal edilən Camal Xaşuqçidən danışır. 59 yaşlı jurnalist Arab News və Al Vatan kimi tanınmış qəzetlərin baş redaktoru olub. O, bir zamanlar Səudiyyə baş kəşfiyyatının rəisi olmuş şahzadə Türki bin Feysəlin müşaviri kimi çalışıb. Baş vermiş hadisə ilə bağlı fikirlərini bölüşən müstəqil ekspert Zeynal Əmralıyev deyib ki, Xaşuqçi əslən türkdür. Onun sözlərinə görə, sözügedən şəxsin babası Məhəmməd Xaşuqçi ərəb qadınla evlənib bura köçmüş bir türk həkimdir: "Bu təcrübəli həkim uzun illər Səudiyyə Ərəbistan Krallığının əsasını qoymuş ilk kral Əbdüləziz Əl Səudun şəxsi həkimi olub. Xaşuqçi ailəsi indidə Səudiyyənin tanınmış ailəsidir. Əmisi Adnan Xaşuqçi 4 milyard dollarlıq sərvəti ilə ölkənin ən tanınmış iş adamlarından biri olub. Bu onun qısa bioqrafiyasıdır. İndi keçək məsələnin təhlilinə". Zeynal Əmralıyev deyir ki, Camal Xaşuqçinin macəra dolu həyatı Məhəmməd bin Salmanın Səudiyyədə hakimiyyəti ələ keçirməsindən sonra başlayır: "Gənc şahzadənin islahatlarına etiraz edən jurnalist sakitcə ölkədən Vaşinqtona mühacirət edir. Ancaq heç bir zaman da Səudiyyə hökumətini açıq şəkildə tənqid etmir. "Vaşinqton Post" qəzetində siyasi icmalçı kimi çalışır. Türkiyəyə sənədlərini düzəltmək üçün gəlir və məlum hadisə baş verir". Bəs bu ölüm kimə lazım idi?. Ekspert hesab edir ki, bu hadisə ilk növbədə Səudiyyədəki ata-oğul iqdidarına lazım idi: "Bu yolla onlardan narazı olan digər siyasi mühacirlərin də gözünü qorxutmaq əsas məqsəddir. Ola bilər ki, onlar gösdərmək istəsinlər ki, biz Xaşuqçi kimi çox da güclü olmayan bir müxalifi bu qədər təhlükəsiz bir yerdə aradan götürə biliriksə sizi məhv etmək bizim üçün heçnədir. İkincisi, Səudiyyə sarayında mövcud iqdidardan narazı olan müxalif şahzadələrə bir mesajdır. Ola bilsin ki, bu üsulla bütün dünyaya ölkədə mövcud olan sərt rejimi daha da qabardılmış şəkildə nümayiş etdirmək istəsinlər. Yəni baxın, bunlar başqa dövlətin ərazisində bu cür cinayət törədilərsə, görün ölkə daxilində nələr edirlər. Beləliklə, beynalxalq ictimaiyyətin mövcud iqdidara tənqidi yanaşmasını sağlamaq məqsədlərdən biridir. Üçüncüsü, Türkiyə və Səudiyyə Ərəbistanı qarşı-qarşıya gətirmək istəyən üçüncü qüvvələrin işi ola bilər. Bu yolla iki dövlət arasında münasibətləri gərginləşdirmək,Türkiyənin regionda təklənməsinə nail olmaq istəyi burada rol oynaa bilər. Birləşmiş Ştatların sanksiyalarına qarşı Türkiyəyə sərmayələr qoyan ərəb iş adamlarını bundan çəkindirmək və türk iqdisadiyyatını tamamilə çökdürmək də bu sıraya aiddir. Xaşuqçinin Ərdoğan iqdidarına yaxın adam olması və Ərdoğanın onu "köhnə dost" adlandırması da bu ehtimallı gücləndirir. Əgər bu ehtimal doğrudursa bu qüvvələr vəziyyəti daha da qəlizləşdirmək üçün prezidentə xüsusi yaxın olan birini seçiblər. Yuxardakılar təbii ki, deyildiyi kimi də bir ehtimaldır. Həqiqəti isə hələki bir bu işi törədənlər və Allahdan başqa heç kəs bilmir. Bəs bundan sonra hadisələr necə inkişaf edəcək və tərəflər necə addımlar atacaqlar?: Hesab edirəm ki, Səudiyyə Ərəbistanı öz daxilində bu məsələni həll edib dünyaya bir açıqlama verməlidir. Buna məcburdur. Əks halda beynalxalq nüfuzu son dərəcə pisləşəcək. Türkiyə ilə əlaqələrin çox da korlanmamasına çalışmalıdır. Ər-Riyad isə hələ ki,sakitliyini qoruyur, yəgin ki, istintaqın tam yekunlaşması gözlənilir. Ancaq krallıq tərəfindən bir əhatəli açıqlmanın dəqiq veriləcəyi qənaətindəyəm. Türkiyə isə çox ağıllı və düzgün hərəkət edərək hələ ki ,gözləmə mövqeyindədir və açıq ittihama keçmir. Rəsmi Ankara bir müddət gözləyəcək, sonra lazımi bir neçə addımı atacaq. Ancaq Türkiyə tərəfi istintaqın gedişinə nəzarət etmək və ya birbaşa özləri istintaqı həyata keçirmək istəyəcəkdir. Bu istək isə Səudiyyə ilə Türkiyə arasında diplomatik qalmaqala səbəb ola bilər". Zeynal Əmralıyev onu da deyib ki, Birləşmiş Ştatlar Ər Riyada bir neçə qınama xarakterli açıqlamalr verə bilər: "Hətta mümkündür ki, bir neçə yüngülvari sanksiya da tətbiq etsin. Ancaq nə olmasından asılı olmayaraq Ağ Evin Səudiyyə kimi böyük ticari tərəfdaşını pis vəziyyətə salacaq bir addım atacağına qəti inanmıram. Avropa isə Səudiyyə Ərəbistanına qarşı bir neçə sərt addımlar ata bilər.  Bunların sırasına krallıqda keçirilən bir neçə önəmli tədbiri boykot etmək, yüksək rütbəli məmurlara qarşı sanksiya tətbiq edərək onları Avropaya buraxmamaq və bir neçə məmurun və biznesmənin bank hesablarını dondurmaq da mümkündür". Ekspertin qənaətincə,  Camal Xaşuqçinin öldürülməsi bir daha sübut etdi ki, bu regionda vəziyyətin gərgin olması üçün heç də dövlətlərin müharibəsinə ehtiyyac yoxdu. Lazım olanda bir jurnalistlədə məsələni həll etmək olur: " Onsuz da, birinci dünya müharibəsinin rəsmi səbəbi də bir şəxsin öldürülməsi deyildimi?".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31