Türkiyə terrorunun görünən və görünməyən tərəfləri

Türkiyə yenə terrorla sarsıldı. Ötən gün terrorçuların basdırdığı minanın partlaması nəticəsində 7 Türk əsgəri həlak oldu.

Türkiyə yenə terrorla sarsıldı. Ötən gün terrorçuların basdırdığı minanın partlaması nəticəsində 7 Türk əsgəri həlak oldu.

PKK terror təşkilatının xain hücümu nəticəsində baş verən terror aksiyasına sərgilən münasibət uzun müddətdən bəri hökm sürən Birləşmiş Ştatlar-Türkiyə gərginliyini aradan qaldırmaq üçün imkan meydana çıxardı desək yanılmarıq. Söhbət Birləşmiş Ştatların qardaş ölkədə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirliyinin terror aksiyasını psiləyən açıqlama ilə çıxış etməsi və Vaşinqtonun terrorla mübarizədə Ankaranın yanında olduğu barədə verilən açıqlamadan gedir. Hər nə qədər bu səfirin fərdi fikirləri olsa da. Lakin nəzərə almaq lazımdır ki, diplomat da öz növbəsində Birləşmiş Ştatları təmsil edir və bu kimi bəyanatlar, açıqlamalar bir qayda olaraq Dövlət Departamenti ilə razılaşdırılmış formada verilir. Deməli bu öz-özlüyündə onu deməyə əsas verir ki, okeanın o tayında Ankara ilə münasibətləri normallaşdırmağa yönəlik meyillər var. Elə əksər ekspertlər də belə düşünür. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnsititutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, qardaş ölkədə baş verən son terror hadisəsi və həmin terror aktında 7 türk əsgərinin şəhid olması,  bir neçəsinin yaralanması beynəlxalq səviyyədə də pislənilib və bu hadisəyə Birləşniş Ştatların da mövqe sərgiləməsi müəyyən məqamlardan xəbər verir: "Məlum terror hücumu ilə əlaqədar Birləşmiş Ştatların Türkiyədəki səfirliyi terrorla mübarizədə Türkiyənin yanında olduğunu və müttəfiq kimi dəstəklədiyini qeyd etdi. Bu mesaj Birləşmiş Ştatlar-Türkiyə böhranı fonunda Vaşinqton tərəfindən Anakara ilə əlaqələrin bərpa edilməsi istiqamətində atılan addımdır. Qeyd edim ki, Vaşinqton PKK -nı terror təşkilatı kimi tanısa da, onun Suriya qolu olan YPG-ni terror təşkilatı kimi tanımır, hətta bu terror təşkilatına tonlarla silah-sursat göndərir, siyasi dəstək verir. Rəsmi Anakara, məhz bu kimi amillərə görə Birləşmiş Ştatlara iradlarını bildirir və müttəfiq əlaqələrə zərbə vuran YPG-ni dəstəkləməməsini tələb edir. Birləşmiş Ştatlar isə, Türkiyənin siyasi iradəsinə zidd olaraq, bu terror təşkilatına bütün spektrlar üzrə dəstk verir. Ağ Evin bu planı Suriyada yeni kürd muxtariyyəti yaratmaq və gələcək perspektivdə Şimali İraq Kürd Muxtariyyəti ilə birləşdirərək, yeni Kürd dövləti yaratmaqdır. Ona görə də Türkiyənin təpkilərinə rəğmən Suriyada YPG-ni silahlandırır".

Politoloq deyib ki, artıq bir müddətdir ki,  Birləşmiş Ştatlarla Türkiyənin müttəfiq əlaqələri zədələnib: "Tərəflər yalnız NATO çərçivəsində kağız üzərində müttəfiqdi. Bir terror təşkilatı Türkiyəyə hücum edirsə, Birləşmiş Ştatlar müttəfiq olaraq həmin terror təşkilatını silahlandırırsa, hansı müttəfiqlikdən söhbət gedə bilər?". Məhəmməd Əsədullazadənin sözlərinə görə,  hazırda PKK-nın əlində Birləşmiş Ştatların YPG-ya verdiyi müasir tank vuran raketlər, havadan müdafiə sistemləri və 120 mm artilleriya silahları ilə yanaşı, müxtəlif çaplı atıcı silahlar var: "Deməli, Vaşinqton hazırkı mərhələdə PKK terror təşkilatını YPG vasitəsi ilə silahlandırmaqla, NATO müttəfiqini zəiflətməyə çalışır. Əvvəllər, ABŞ PKK-ya qarşı mübarizədə Türkiyəyə kəşfiyyat məlumatları ötürürdü. Hazırda isə, bu kəşfiyyat məlumatları verilmir. Çünki, Suriyada YPG və PKK koordinasiyalı fəaliyyət göstərir. Kəşfiyyat məlumatlarının ötürülməsi isə, YPG-nin deşifrəsi olar".

Politoloq deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fəratın Şərqində hərbi əməliyyatlar keçiriləcəyinin anonsunu verib. Bu ərazilər YPG-nin nəzarətindədir: "ABŞ çalışacaq YPG-ni bu ərazilərdən çıxarmaqla,Türkiyənin hücumundan qorusun. Türkiyə PKK/YPG qarşı həm daxildə, həm də İraq və Suriyada antiterror əməliyyatları həyata keçirir. Türkiyəni bu anti-terror əməliyyatlarında NATO müttəfiqləri dəstəkləmir. Göründüyü kimi, Ankara uğurlu hərbi əməliyyatlarla İraqda , Suriyada PKK-YPG ciddi şəkildə zəiflədir. ABŞ YPG silah yardımını kəsərsə, PKK -YPG Türkiyə bu ərazilərdən təmizləyər. ABŞ, bu terror təşkilatından Türkiyəyə qarşı əsas təzyiq rıçaqı kimi istifadə edir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31