"Gürcüstandakı Qarabağ separatçıları həbs edilməlidir" - Açıqlama
5 Oktyabr 2018 15:05 Siyasət"Gürcüstandakı Qarabağ separatçıları həbs edilməli və Ermənistana Nota verilməlidir".
Bunu Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Gürcüstan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı separatçı Qarabağ rejiminin Abxaziyada "tədbirlərə" qatılmasına seyrçi qalması, rəsmi Tiflisin növbəti dəfə separatizmlə üzləşə bilməsinə gətirə bilər:
"Qarabağ separtçıları Ermənistanın verdiyi diplomatik pasportlarla Gürcüstanın beynəlxalq səviyyədə tanınmış Abxaziya ərazisinə səfər edib. Bu, həmçinin hüquqi cəhətdən erməni vətəndaşlarının rəsmi Tiflisin icazəsi olmadan onun işğal olunmuş ərazilərinə qanunsuz səfərləridi. Həm də Ermənistanın Gürcüstanın ərazi bütövlüyünə qarşı qəsdidir. Bununla bağlı, Gürcüstan Ermənistana əlində olan rıçaqlarla təzyiq etməli, İrəvandan izahat tələb etməlidir".
M.Əsədullazadə bildirib ki, Abxaziyadakı erməni separtaçıları bu ölkə əleyhinə bəyanatlar verməklə separatizmin alovlanmasını zəmin yaradırlar:
"Xüsusi ilə ermənilərin sıx məskunlaşdığı Cavaxetiyanın ayrılmasına çalışırlar. Bununla bağlı rəsmi Tiflis Ermənistana nota verməli və sərhədlərini qanunsuz keçən, buradan separtizmi dəstkləyən Qarabağ separtçılarını interpola verib, həbs etməlidir. Təəssüf ki, Gürcüstan hakimiyyəti bu kimi təxribatları seyr etməklə məşğuldur. Azərbaycan tərəfi də bununla bağlı Gürcüstan hakimiyyətinə müraciət etməli, separatçı ünsürlərə qarşı birgə mübarizə aparmalıdır".
sherg.az