Əliməmməd Nuriyev: “Biz kompleks tədbirlər həyata keçirməliyik”

"Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun qondarma Dağlıq Qarabağa səfər etməsi ilə bağlı artıq müəyyən qərarlar qəbul edib və qadın deputat "girişi arzu olunmayan şəxslər siyahısına" daxil edilib".

Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Fond rəhbərinin sözlərinə görə, Azərbaycan XİN Avropa Parlamenti ilə də bu istiqamətdə danışıqlar aparmalıdır: "Çünki həmin qadın AP-nin adından istifadə edir. Bu isə bir çox hallarda AP-nin mövqeyi kimi başa düşülür. Əslində bu qadın Avropada separatizmin gücləndirilməsinə dəstək verir. Onun qondarma Dağlıq Qarabağa səfər etməsi, həmin rejimin rəhbərləri ilə görüşlər həyata keçirməsi və AP-nin adından danışması bütövlükdə AP-nin mövqeyi kimi başa düşülə bilər. O baxımdan birinci bu anlaşılmazlıq aradan qaldırılmalıdır. AP-nin qurumları bəyanatla çıxış etməlidirlər ki, bu qadın heç bir halda AP-ni təmsil edə bilməz. Bu qadın hər dəfə Azərbaycanı qanunsuz olaraq keçib. Hesab edirəm ki, imkan olduqca onun qanun səfəri ilə bağlı həm cinayət işi qaldırıla bilər. Belə olan halda Şimali Kiprlə əlaqələrimizi gücləndirmək barəsində düşünməliyik. Çünki bu qadın yunan Kiprin nümayəndəsidir. Bu həm də Yunanıstanın yunan Kiprinə təsir etmək üçün əlavə imkanlar verə bilər. Biz kompleks tədbirlər həyata keçirməliyik".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31