"Paşinyan ədalətsiz mövqedə olduğunu çox gözəl anlayır" - MÜNASİBƏT
5 Oktyabr 2018 12:34 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nikol Paşinyanla qısa zaman kəsiyində baş tutan görüşü gələcək danışıqlar istiqamətində və münaqişənin həlli yolunda hansı nəticələri verə bilər, bu haqda dəqiq fikir söyləmək mümkün deyil. Çünki ölkəmizin başçısı hər zaman beynəlxalq hüquqa, ədalətə, həqiqətə yönəlik addımlar atsa da, əsl siyasi kübarlıq nümayiş etdirsə də, qarşı tərəfin zaman-zaman cığallıq elədiyinin, bu gün bir, sabah isə başqa bir şey danışdığının da şahidi olmuşuq".
Bunu millət vəkili Elşən Musayev deyib.
Onun sözlərinə görə, fəqət, bütün hallarda fakt budur ki, İlham Əliyev həmişə diktə edən tərəfdir, o haqlıdır və prinsipialdır: "Paşinyan ədalətsiz mövqedə olduğunu çox gözəl anlayır. Bəzi açıqlamaları ilə hər nə qədər imitasiya edib, fikri yayındırmağa cəhd etsə də bu belədir. Üstəlik, Paşinyana o da məlumdur ki, Azərbaycanın güclü ordusu var, hər an aprel döyüşləri yenidən təkrarlana və Ermənistan növbəti dəfə hərbi anlamda, cəbhədə rüsvay ola bilər. Bu səbəbdən Paşinyanın vaxt uzatmaq, zaman manevri etmək üçün hər yola əl atacağı da dəqiqdir. Prezident İlham Əliyev isə sahib olduğu yüksək siyasi peşəkarlığa, təcrübəyə əsaslanıb bütün diplomatik vasitələrdən istifadə edir ki, məsələ qansız, sülh yolu ilə həll olsun. Yəni, məqsəd müharibə olmadan torpaqları azad etməkdir. Daha dəqiqi, hazırki düşüncə budur. Gələcəkdə isə necə olacaq, vəziyyətə uyğun hansı addmlar atılacaq, bunu da ölkənin əsas strateqi, ləyaqətli və prinsipial Ali Baş Komandanımız İlham Əliyev müəyyən edəcək. Biz onun əsgərləriyik və Qarabağa qovuşmağın da tək yolu cənab Prezidentin ətrafında daim sıx birləşməkdən keçir. Prezident-Xalq birliyi bizi Qarabağa mütləq aparacaq. Buna kimsənin şübhəsi olmasın".
sia