Rəsmi Ankara Türkiyə-Azərbaycan-Qazaxıstan əməkdaşlıq formatının yaradılacağını istisna etmir

Rəsmi Ankara Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli əməkdaşlıq formatının yaradılacağını istisna etmir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hazırda regionda Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-Türkmənistan kimi bir sıra əməkdaşlıq formatlarının olduğunu deyib:

"Bununla belə, Qazaxıstanın bu cür əməkdaşlıq formatına qoşulacağı istisna deyil".

Nazir qeyd edib ki, belə əməkdaşlıq formatları formal xarakter daşımır: "Bu formatlar çərçivəsində bir çox mühüm layihələr həyata keçirilib".

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31