"Rusiya ilə əlaqələrin yaxşılaşmasına niyə sevinməyək ki !?" - Deputat
4 Oktyabr 2018 17:45 Siyasət"Rusiya bizim qonşumuzdur. Bu ölkədə neçə milyon azərbaycanlı, ümumən isə 35-40 milyon türk xalqı yaşayır".
Bunu Azərbaycan-Rusiya münasibətlərinin inkişafından danışarkən millət vəkili Aqil Abbas bildirib.
O qeyd edib ki, bu iki ölkə arasındakı münasibətlərin yaxşılaşması arzuolunandır:
"Qonşu ilə əlaqələrin möhkəmlənməsinə ancaq sevinmək olar. Rusiya nəhəng bir dövlətdir. Biz bu qonşu ölkə ilə əlaqələrin yaxşılaşmasına niyə sevinməyək ki ? Bir vaxtlar əlaqələr zəifləmişdi və münasibətin hansı vəziyyətdə olduğunu hamımız gördük. İndi əlaqələrimiz yaxşılaşıb. Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri, Azərbaycan prezidenti İlham Əliyevin Soçiyə səfəri, Soçi səfəri, səfər çərçivəsində keçirilən görüşlər çox mühümdür.
Təbii ki, ortada Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə olunur. Münasibətlərin yaxşılaşmasının Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə impuls verə bilər. Bu mənada Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafına yalnız sevinmək lazımdır".
sherg.az