Zakir Həsənov hərbi təlimlər keçirilən bölgəyə gedib
17 Sentyabr 2018 17:42 SiyasətNazir təlimlərə rəhbərlik edəcək
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlər keçirilən bölgəyə gedib. Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir keçirilən təlimlərə rəhbərlik edəcək.
General-polkovnik Z.Həsənov müxtəlif poliqonlar və təlim sahələrində keçirilən təlimin senarisinə uyğun olaraq qarşıya qoyulan məqsəd və vəzifələr barədə məruzələri dinləyib. Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə və təlim iştirakçılarına bir daha çatdıran müdafiə naziri genişmiqyaslı əməliyyat-taktiki təlimlərin təşkili və keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.