Anar Xəlilov: “Onların bir məqsədi olub, pul qazanmaq”
“Bu insanların xarici dairələrə satılmaqda bir məqsədi olub, maliyyə vəsaiti qazanmaq”. Bunu Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
5 İyul 2018 13:58 Siyasət"Bu insanların xarici dairələrə satılmaqda bir məqsədi olub, maliyyə vəsaiti qazanmaq".
Bunu Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, bu insanlar siyasi alver edərək, beynəlxalq qurumlardan pul vəsaitləri əldə etmək və varlanmaq missiyasını daşıyırlar: "Bu dəstənin də başında Avropada anti-Azərbaycan mövqeli təşkilatlarla münasibətləri yaxın olan Xədicə İsmayıl dayanır. Çox böyük ehtimalla növbəti qrantı alan bu dəstə pul bölgüsündə ortaq məxrəcə gələ bilməyib. Buna görə də, aralarında ixtilaf başlayıb. Çünki bu insanları bir-biri ilə bağlayan heç bir ideya birliyi yoxdur. Yalandan vətən, millət və insan haqları çığıraraq, pul qazanmaq məqsədi ilə bir aradadırlar. Ona görə də, lazımi gözlədikləri məbləğ onlara çatmayanda, bu cür qarşıdurmalar baş verir. Bu insanları ifşa etmək, beynəlxalq qurumlarda tanıtmaq lazımdır ki, onlar vəsaitlərinin boş yerə xərcləndiyini və ya hansısa əməkdaşlarının korrupsiya ilə məşğul olduqlarının bilsinlər".
SİA