“Müşavirədə hər şey açıq şəkildə ifadə olundu"
“Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirə mühüm əhəmiyyətə malik idi. Cənab Prezidentin müşavirədə səsləndirdiyi fikirlər ilk növbədə Azərbaycan vətəndaşlarının mövqeyini və düşüncələrini ifadə edirdi”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
5 İyul 2018 12:01 Siyasət"Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirə mühüm əhəmiyyətə malik idi. Cənab Prezidentin müşavirədə səsləndirdiyi fikirlər ilk növbədə Azərbaycan vətəndaşlarının mövqeyini və düşüncələrini ifadə edirdi".
Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, müşavirədə bəlli olduğu kimi mövcud qəzanın bütün detallarına aydınlıq gətirildi: "Burada tam şəkildə aydın oldu ki, ayrı-ayrı şəxslərin verdiyi müəyyən təqdimatlara rəğmən Azərbaycan Prezidenti baş verən proseslərin ən incə detallarına kimi təhlil edib və bu problemdən çıxış yollarını perspektivdə oxşar problemlərin mövcud olmaması üçün atılan addımların bütün istiqamətlərini müəyyənləşdirib. Şübhəsiz ki, dövlət başçısının da qeyd etdiyi kimi hadisədə günahkar olan şəxslər öz layiqli cəzalarını alacaqlar. Müşavirədə bildiyiniz kimi hər şey açıq şəkildə ifadə olundu. Bu isə dövlətin vətəndaşlarla iç-içə olduğunu və mövcud problemlərin də vətəndaşlardan gizlədilmədiyi, əksinə onların diqqətinə çatdırıldığını sübuta yetirdi. Əslində bu önəmli bir faktordur.
Düşünürəm ki, problemin həlli istiqamətində atılan addımlar yaxşı nəticələrin əldə olunmasına zəmin yaradacaq. Bu fakt həm də bütün qurumların məsuliyyətlərinin dərk edilməsi üçün vacib məqamlardan birinə çevriləcək. Bütövlükdə, hesab edirəm ki, müşavirə bir çox məqamlara aydınlıq gətirdi. Azərbaycan hər birimizin Vətənidir, dogma evimizdir".
SİA