“Əli Kərimli az qalır şortik geyinən qızın qalmaqalını da siyasiləşdirsin”

“Azərbaycanda sosial şəbəkədə saxta profillərin yaranmasının ideya müəllifi Əli Kərimlidir. Hətta bir neçə il bundan qabaq Əli Kərimlinin yanından istefa verən şəxslər mətbuatda açıqlama verirdilər ki, Kərimlinin tapşırığına əsasən hər bir partiya üzvü özünə 10 saxta profil açmalıdır və “facebook” sosial şəbəkəsində fəaliyyət göstərməlidir”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

"Azərbaycanda sosial şəbəkədə saxta profillərin yaranmasının ideya müəllifi Əli Kərimlidir. Hətta bir neçə il bundan qabaq Əli Kərimlinin yanından istefa verən şəxslər mətbuatda açıqlama verirdilər ki, Kərimlinin tapşırığına əsasən hər bir partiya üzvü özünə 10 saxta profil açmalıdır və "facebook" sosial şəbəkəsində fəaliyyət göstərməlidir".

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, trollar vasitəsi ilə Kərimli özünün siyasi rəqiblərinə qarşı istifadə edib və etməkdədir: "Təsəvvür edirsiniz, Kərimlini tənqid edən şəxs dərhal trollar vasitəsi ilə çox pis formada təhqir olunur, təhdid edilir. Kərimlinin siyasi fəaliyyətini uzun illərdi tənqid edirəm və onun ölkənin maraqlarına ziyan vurduğunu bəyan edirəm. Dərhal mənim "facebook" profilimə və "instagram" səhifəmə saxta profillərlə təhdid dolu mesajlar gəlir. Bu yaxınlarda Emin Millinin özü açıq şəkildə bildirdi ki, Kərimlinin trolları ona qarşı təhqir dolu yazılar göndərirlər. Artıq Kərimli pusquda yırtıcıya bənzəyir. Hətta ölkəmiz də məişət səviyyəsində bir hadisə baş verən kimi, bunu ictimailəşdirir, siyasi çalarlar verir. Bununla da cəmiyyətdə guya "şok effekt" təsiri yaradır. Hər fürsətdən istifadə etmək istəyir. Pambıq tarlalarında baş vermiş zəhərlənmə hadisəsindən tutmuş, metroda şortik geyinən xanıma qədər. Əli Kərimli qısas hissi ilə yaşayan adamdır. Ancaq unudur ki, onun indiki vəziyyətə düşməsinin yeganə səbəbi etdiyi xəyanətlərdir. O, Elçibəydən tutmuş indiki hakmiyyətə qədər xəyanət etmiş adamdır və etdiyi xəyanətin bədəlini ödəyir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31