Keçmiş nazirin qohumları da işdən qovuldu – SON DƏQİQƏ
22 İyun 2018 15:10 SiyasətƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sələfi Səlim Müslüomovun nazirlikdə uzun illər kök salmış bır neçə qohumunu işdən çıxarıb.
Bu barədə nazirlikdən verilən məlumata görə, Sahil Babayevin əmri ilə nazirn müşaviri Yalçın Müslümov, DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərov artıq vəzifələrindən azad olunublar: "Nazirin digər əmri ilə Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə də bu gün vəzifəsindən çıxarılıb. Onun yerinə isə Elman Cəfərov gətirilib".
Qeyd edək ki, Yalçın Müslümov Səlim Müslümovun əmisi oğlu, Əsgər Əsgərov isə bacısının həyat yoldaşı, Fuad Əlizadə isə dayısının kürəkənidir.
Mia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31