Əli Orucov: “Söyüş müxalifətin acizliyinin və cılızlığının əlamətdir”

AMİP funksioneri Əli Orucovun  müsahibəsi:

- Əli bəy, son vaxtlar Emin Milli ilə Qənimət Zahid arasında söz atışması təhqir müstəvisinə keçib. Bunu həm də Müsavat AXCP çəkişməsi kimidə qiymətləndirmək olar?

- Son dövrlər təəssüflər olsun ki, siyasi mübarizə aparan tərəflər arasında bir-birini təhqir etmək, aşağılamaq və alçaltmaq kimi elementlər artmaqdadır. Bununla sanki qarşısındakını rəzil etdiyini, qisas aldığını və susdura bildiyini zənn edir. Lakin anlamaq istəmirlər ki, təhqirin də, söyüşün də iki başı var və eyni üslubda cavab da almağa hazır olmalısan. Digər tərəfdən müxalifətin istifadə etdiyi təhqir və söyüş onların acizliyinin və cılızlıqlarının əlamətdir. Bu heç kəsə başucalığı gətirmir. Mən adlarını çəkdiyiniz şəxslərin çəkişməsini izləməmişəm. Bu mənim üçün maraqlı da deyil.

- Sizcə, müsavatçılarla cəbhəçilər arasında çəkişmələr hansı maraqlar uğurunda savaşa hesablanır?

- Müsavatla AXCP arasında çəkişmələr indi deyil. Bunun əsası hələ 1992-1993-cü illər AXC iqtidarı dönəmində qoyulub. Hər iki partiyanın bölüşə bilmədiyi maraqlar var və bu artıq patoloji sədd yaradıb. Baxmayaraq ki, hər ki partiya müxtəlif dönəmlərdə birlikdə bloklarda və ittifaqlarda olublar. Lakin yenə də didişmələr, qarşılıqlı ittihamlar davam edib. Hər iki partiya daha çox kimin müxalifət mövqeyində durduğunu dartışırlar, Yaxud kim daha çox Rəsulzadə-Elçibəyçidir və s. kimi əhəmiyyət məsələləri mübahisələndirməklə, özləri özlərini hədəfdən yayındırırlar. Məsələnin mahiyyətinə və dərinliklərinə varanda isə onların heç biri Rəsulzadə-Elçibəyçi deyil. AXC hakimiyyəti dönəmidə onlar Elçibəyə xəyanət edib, onu meydanda tək qoydular.

- Ümumiyyətlə, müxalifətin bir-birinə qarşı qəzəbi, nifrəti və bir-birini sıradan çıxartmaq istəyi nədən qaynaqlanır?

- AMİP olaraq bizim heç kəsə, heç bir qüvvəyə, heç bir siyasi təşkilata qarşı nifrətimiz, qəzəbimiz və sıradan çıxarmaq niyyətimiz yoxdur, olmayıb da. Biz əksinə istəyirik ki, müxalifət düşərgəsi daha güclü, daha mütəşəkkil olsun, siyasi proseslərə daha çox insan cəlb olunsun.

- Müxalifət bir-birinə qarşı mübarizə apardığı kimi həmdə Azərbaycanın uğurlarına gözdən salmağa da cəhdlər göstərir. Məsələn Azərbaycan ordusunun 11 min hektar ərazini işğaldan azad etməsini müxalifət həzm edə bilmir. Bunun səbəbi nədir?

- Mən işğal altında olan torpaqlarımızın bir qarşının azad edilməsini təqdir edir bunu alqışlayıram. Torpağın hər qarışı əziz və müqəddəsdir. İnanıram ki, Milli Ordumuz bütün ərazilərimizi düşmən tapdağından təmizləyəcək. Mən Ordumuzun gücünə, döyüş qabiliyyətinə, ruh yüksəkliyinə tam əminəm. Onlara hər cür tərif və alqış yaraşır.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31