Mūxalifətdaxili dartışmalar xalq içində ūmumi mūxalifətə inamı azaldır
21 İyun 2018 14:09 SiyasətMüxalif düşərgədə vəziyyət sabit-ağır olaraq qalır. 25 ildir ki, fəaliyyətləri yalnız məğlubiyyət uğrunda qurulan bu düşərgəni məlubiyyət və perspektivsiz fəaliyyət səbəbindən tərk edənlərin sayı ildən-ilə artır. Vaxtı ilə müxalifətin əsas güc mərkəzi kimi özlərini qələmnə verərək nisbətən kiçik elektorata malik partiyaları-Azadlıq, VAMBH, Yurddaş, eləcə də digər bu kimi siyasi təşkilatları yaxına belə buraxmaq istəməyən, onları bir sədr və bir papkadan ibarət partiya kimi xarakterizə edənlər indi özləri ironiya ilə yanaşdıqları müttəfiqlərinin gününə düşüblər. Bunun ən bariz nümunəsi kimi radikal düşərgənin xaricdən aldıqları tapşırıq və qrantlar hesabına keçirdikləri etiraz aksiyalarıdır. Ətrafında yalnız qohum-əqrəbaları qalan bu partiyaların üzvlərinin əksəriyyəti saxta sənədlərdə Avropa üz tutaraq özlərinə orada dinc, rahat həyat axtarışını çıxırlar. Ancaq bir çoxları Avropaya üz tutduqdan sonra daha da radikallaşır, hakimiyyətə qarşı mübarizə ilə dövlətçiliyə qarşı mübarizəni səhv salaraq birbaşa Azərbaycan dövləti, milli maraqlar əleyhinə fəaliyyətə üstünlük verirlər. Hər halda son aylarda, xüsusilə bu ilin aprelində ölkədə keçirilən prezident seçkiləri ərəfəsində bizlər bu arzuedilməz tendensiyanın şahidinə çevrildik.
Elə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay da deyir ki, Avropaya üz tutan bəzi siyasilər ölkədəki müxalif güclərdən daha radikal mövqe ortaya qoyurlar: "Azərbaycan demokratik dūşərgəsinin avropalı qatını mūşahidə etdikcə qəribə təzadlar ortaya çıxır. Bu məlum olur ki, azad və rahat Avropada yaşayan soydaşlarımız, Azərbaycanda yaşayanlardan daha ifrat movqe, daha aqressiv davranışa malikdirlər.. Xūsusilə, Avropada bir-birilərinə və ūmummūxalifətdaxili dūşərgə daşlarına qarşı. Çox ziyanlı mövqedir. Ən böyūk ziyan özlərinədir. Və bir-birini tənqidlə və ya, istehza, sancma, təhqirlə atılan addım bir bumeranq effekti verdiyi halda gūclū ictimai qınaq kimi hər kəsin özūnə qayıdır. Çūnki, əvvəla, būtūn o mūxalifətarası qınaqların heç biri xalq-cəmiyyət tərəfdən qəbul olunmur, avtomatik qınaq edənə qarşı çevrilir. Hətta, haqlı qınaq etsələr də belə". İlqar Altay bildirir ki, belə bir yanaşmanın, mövqenin bu saat yeri, zamanı deyil: "Xalqa lazımdırmı, sizin yersiz qınaq-razborkanız? İkincisi qınaqların özū də demək olar ki, hər biri qərəzli olmaqla səhvdir. Götūrək, iki misalı.. Bir gizli təşkilat yaratmanî tənqid edirlər. Bunun nəyi pisdi və nə ziyanı var? Əvvəla, gizli məfhumu özū bir nisbi söhbətdir. Gizli təşkilat yaradırıq kimi elan artıq bu gizliliyi pozur. Və bu gūnkū, milyonlarla pul qoyulmuş, iqtidarın izləmə texnologiyasının qarşısında nə gizlilik? Ikincisi lap gizli təşkilatdı və demokratik yolda öz işini görūrsə, mūbarizə, inkişafda öz payını verirsə, buna sag ol dūşūr.. Daha bir misal kimi götūrək, Əli Kərimlini kohnə mūbarizə ūsullu ənənəvi mūxalifət kimi tənqidi". Hüquqşünas onu da qeyd edib ki, bundan başqa mūxalifətdaxili dartışmalar xalq içində ūmumi mūxalifətə inamı azaldır və həm də xalqın öz mūbarizə əzmi-ruhunu da qıra bilir: "Və məsələnin bir ziyanlı tərəfi. Avropadakı azad şəraitdə Azərbaycanın demokratik insanları, ya qūvvələrinin ifrat biabırçı dūşmənçilik hərəkətl onu da proqnoz verə bilir ki, sabah ifrat ictimai-siyasi qarşıdurmalar baş verə bilər. Belə xoşagəlməz fikir yarana bilir ki, indiki fəal demokratları az-çox mehriban edən sən demə, iqtidar sıxıntısı, təzyiqi, ondan olan qorxu imiş. Və belə dartışmalar nəhayət, iqtidar ūçūn rahat dincəlmə şəraiti yaradır. Görūrsūnūzmū, bu son və xūsusən Avropadakı demokratik dūşərgənin daxilindəki qovganın başlanması ilə, iqtidar da, xūsusən də xaricdəki mūxalif mūhacirlərə qarşı "atəşkəs" elan edib. Demək bu çəkişmələrin sırf iqtidara xeyrili və xalqa ziyanlı olması şəksizdir".
Göründüyü kimi, illərdir uğursuzluq sindromuna düçar olan Azərbaycan müxalifəti bunun səbəbini artıq özündə axtarmağa başlayıb. Amma bu axtarışlar da qeyri-sivil, qeyri-siyasi yolladır. Ənənəvi biri-birinəı qara yaxmaq, aşağılamaq yolu ilə.
Məhəmməd