“Məşğulluq haqqında” qanun dəyişdirilir
Milli Məclisin Əmək və Sosial siaysət komitəsinin iyunun 21-də keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
21 İyun 2018 13:41 SiyasətMilli Məclisin Əmək və Sosial siaysət komitəsinin iyunun 21-də keçirilən iclasında "Məşğulluq haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
"Olaylar"ın məlumatına görə, iclasda bildirib ki,üçüncü oxunuşda qanun layihəsinə bəzi texniki düzəlişlər edilib. 37 maddədən ibarət qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.İclasda layihənin mükəmməl hazırlandığı, layihə ilə bağlı Milli Məclisin plenar iclasında səsləndirilən təkliflərin nəzərə alındığı diqqətə çatdırılıb. Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.