"Əli Kərimli özünü xuliqan kimi aparmağa belə hazırdır"
Niyaməddin Orduxanlı: "Bunun əsas səbəbi Rusiyanın və İranın Əli Kərimli ilə əməkdaşlıq etməsidir"
5 İyun 2018 11:29 SiyasətNiyaməddin Orduxanlı: "Bunun əsas səbəbi Rusiyanın və İranın Əli Kərimli ilə əməkdaşlıq etməsidir"
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının müsahibəsi:
- Niyaməddin bəy, artıq sübuta yetirilir ki, AXCP sədri Əli Kərimli Rusiyanın müəyyən qaranlıq dairələrindən müxtəlif zamanlarda 400 yüz 12 min ABŞ dolları alıb. Bu faktın özü ona qarşı cinayət işinin qaldırılması üçün əsas olacaqmı?
- Baş vermiş maliyyə maxinasiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə bəyanatı var. Artıq ittiham olunan və haqlarında həbs qəti imkan tədbiri seçilmiş şəxslər var. Bu da, o deməkdir ki, artıq cinayət hadisəsi baş verib. Bu məsələ ilə bağlı dövlət orqanları müvafiq addımları atıb. Bir sözlə, bu məsələ araşdırılır və hazırda istintaq gedir. Azərbaycan dövləti hüquqi demokratik dövlətdir. Əgər bu məsələ ilə bağlı dəlilər, sübutlar və digər faktlar olmasaydı, qeyd etdiyim dövlət qurumları bu cür cinayət işini açmazdılar.
- Sizcə, iş birliyi nə zamandan qoyulub və burada məqsəd nə idi?
- Bildiyiniz kimi, 2013-cü il prezident seçkilərində Rusiyanın qaranlıq dairələri dağıdıcı xislətli partiyaları bir araya toplamışdır. Onlarında başında bu gün Rusiyada oturub, dünyada ermənilərin xeyrinə təbliğat aparan, kino çəkən Rüstəm İbrahimbəyov dayanırdı. Çünki "Milli Şura"nı məhz Rüstəm İbrahimbəyov yaratmışdır. Həmin Rusiyanın layihəsi olan "Milli Şura" seçkilərdə fiaskoya uğradı. Yəni "Milli Şura" Azərbaycan xalqının, cəmiyyətinin ciddi dəstəyini qazana bilmədi. Bundan sonra Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmadı və onun müqabilində Ə. Kərimli "Milli Şura"nı idarə etmək funksiyasını üzərinə götürdü. Bu gün də, R.İbrahimbəyov, "Milli Şura"da fəxri sədr vəzifəsini daşıyır. Hər kəs də çox gözəl bilir ki, "Milli Şura"ya rəhbərlik edən Ə.Kərimlidir. Cəmil Həsənli isə, orada Ə.Kərimlinin tapşırıqlarını yerinə yetirməklə məşğul olur. Belə bir vəziyyətdə Rusiyanın layihəsi olan "Milli Şura"ya Rusiyadan maliyyə axını gözlənilən idi. Baş verən cinayətdə bundan qaynaqlanır. Hüquq mühafizə orqanlarının əlində kifayət qədərdir sübutlar var.
- Əli Kərimlidən bir alət kimi istifadə olunduğunu və əvəzində ona pul ödənildiyini demək olarmı?
- ABŞ-da Azərbaycanla bağlı keçirilən dinləmələrə artıq Ə.Kərimlini dəvət etmirlər. Orada da açıq şəkildə bəyan edirlər ki, Ə.Kərimli marginal bir şəxsdir, yaşlanıb və Azərbaycan cəmiyyətində önə çıxmaq prespektivi də yoxdur və bu təsadüfü deyildi. Bunun əsas səbəbi Rusiyanın və İranın Ə.Kərimli ilə əməkdaşlıq etməsidir. Bu faktlara görə, artıq ABŞ Ə.Kərimlinin üstündən xətt çəkib. Ə.Kərimlinin özü isə baş vermiş hadisədən sonra sosial şəbəkədə, mətbuatda ciddi şəkildə narahat olmağa başlayıb və narahatçılığında gizlətmir. Ə.Kərimli özü belə etiraf edir ki, bəli, haqqında həbs qəti imkan tədbiri seçilmiş Saleh Rüstəmov ona maliyyə vəsaiti verib. Yəni bu insanın özü belə etiraf edir ki, o, Rusiyadan göndərilən pulları alırmış. Düzdür, Ə.Kərimli utanmada aldığı maliyyə vəsaitinin həcmini kiçildir. Amma fərqi nədir ki, sən bu pulları alımısan. Yəni özü etiraf edir ki, Rusiyadan həmin o şəxslərin vasitəsi ilə bu pulu alırmış. Bir sözlə, bütün faktlar, dəlilər ona yönəlir ki, Ə.Kərimlinin Rusiyanın qaranlıq dairələri ilə geniş əməkdaşlıq əlaqələri olub.
- Rüstəm İbrahimbəyov Azərbaycan xalqını təhqir edən "Qafqaz üçlüyü" adlı qondarma bir film çəkib. Əli Kərimlidə müəyyən şərtlərdə maliyyə yardımı almaqla ölkədə qarşıdurma yaratmağa cəhd edir. Sizcə, bunlar nəyə görə ölkəmiz, dövlətimiz əleyhinə bu cür qərəzli mövqe, təxribat xarakterli pozucu niyyətli mövqe sərgiləyirlər?
- Demək olar ki, AXCP sədri Ə.Kərimli gecə yuxusunda belə fikirləşir ki, hansı vəziyyət yaradım ki, ölkədə xaos, anarxiya, öz başınalıq, itaətsizlik höküm sürsün. Yəni bunlar Ə.Kərimlinin ən böyük arzularından biridir. Ə.Kərimli özünü xuliqan kimi aparmağa belə hazırdır. Yəni Ə.Kərimlinin özü belə internet televiziyasına çıxaraq, bəyan etdi ki, "bilsəm ki, mənim həbsim ölkədə xaosun, 100 minlərlə insanın küçəyə çıxmasına səbəb olacaq, mən xuliqanlıq edib, həbsə düşməyə hazıram". Yəni bu şəxslər özü etiraf edir ki, xuliqanlıq etməyə belə hazırdır. Bir sözlə, Ə.Kərimli bütün vasitələrə əl atır ki, ölkədə xoşagəlməz bir vəziyyət yaratsın. Bütün ölkə, cəmiyyət, hər kəs R.İbrahimbəyovun ermənilərə xidmətindən bəhs etdilər, etirazını bildirdirdilər, sosial şəbəkələrdə statuslar yazdılar, məqalələr yazıldı, müsahibələr verildi, amma Ə.Kərimli, C.Həsənli və onların ətrafında olan 3-4 şəxsin heç biri bu günə qədər də R.İbrahimbəyovun bu yaramazlığını dillərinə gətirmirlər. Səbəb nədir? Səbəb onun, məhz Rusiyadan maliyyələşməsi və ona fəxri sədrliyi R.İbrahimbəyovun etməsidir. Yəni amil budur. Bu baxımdan Ə.Kərimli qəti sürətdə bu prosesə münasibət bildirməyir. Həm də. eyni qabdan qidalanırlar və eyni mərkəzdən - erməni lobbisindən təlimat alırlar.
SİA