Nazirdən yeni rəis TƏYİNATI
29 May 2018 11:09 SiyasətDövlət Baytarlıq Nəzarəti Xidmətinə yeni rəis təyin edilib.
Bu barədə məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov bildirib ki, vəzifəyə təyin olunan Bayandur Rzayev bu vaxta qədər nazirliyin əməkdaşı olub: "Nazir İnam Kərimovun əmri ilə bu vəzifəyə təyin edilən Bayandur Rzayev 2012-ci yanvar ayından etibarən Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb. Bundan sonra da fəaliyyətini Dövlət Baytarlıq Nəzarəti Xidmətində davam etdirəcək".

Qeyd edək ki, nazir İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov ötən gün tutduğu vəzifədən azad edilib.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31