Rəsmi Bakının bəyanatı erməniləri təşvişə salıb
14 May 2018 13:12 Siyasətİkinci Qarabağ müharibəsi başlana bilər
Ermənistanda iqtidara yiyələnən yeni komanda hakimiyyət kreslosiuna əyləşməmiş paytaxt Yeravanı etiraz aksiyaları bürüyüb. Bu dəfə etirazçılar ölkənin Baş prokuroru Artur Davtyanın istefasını tələb edirlər. Etirazçılar "prokuror get", "siyasi məhbuslara azadlıq" və sair kimi şüarlar səsləndirirlər. Bu isə o deməkdir ki, erməni xalqının adından sui-istifadə edən Nikol Paşinyanın "məxməri inqilabı" Ermənistana heç də firavan həyat vəd etmir. Nəzərə alsaq ki, bu ölkədə sosial və iqtisadi problemlər illərdən bəri yığılıb qalıb, üstəlik siyasi idarəçilikdə naşı olan Paşinyanın həmin problemləri həll edəcəyinə ümid bağlamaq sadəlövlük olardı. Əslində, Paşinyan özü də Erməistandakı mövcud problemləri həll etmək iqtidarına malik olmadığını çox yaxşı anlayır. Buna işğalçı ölkənin indiyə qədər yürütdüyü xarici siyasət, xüsusən də qonşu dövlətlərlə olan münasibət imkan vermir. Elə bu səbədən də "Qarabağ kartı"ndan istifadə etmək zərurəti yaranır ki, Paşinyan da bundan maksimum yararlanmaq niyyətindədir. Onun baş nazir seçildikdən sonra Qarabağla bağlı verdiyi ilkin açıqlamalar dedikləırimizi bir daha sübut etmiş olur. Belə məlum olur ki, baş nazirin Qarabağla bağlı verdiyi açıqlamalar nəinki problemin həllində irəliləyiş yaradacaq, əksinə vəziyyətin daha da dramatikləşməsinə səbəb olacaq. Bu isə hakimiyyəti əldə saxlamaq üçün Ermənistan hakimiyyətinin yeganə və sonucu şansıdır. Politoloq Fikrət Sadıqov deyib qeyd edib ki, Nikol Paşinyan çox ziddiyətli şəxsdir və onun heç bir siyasi təcürbəsi yoxdur. Onun indiyədək fəaliyyəti müxalifətə rəhbərlik etmək, insanları hakimiyyətə qarşı ayağa qaldırmaqdan ibarətdir. Hətta o, həbsdə də olub. Bütün bunlar əlbəttə ki, dövləti inkişaf etdirmək və ölkələrlə münasibətlər qurmaq üçün kifayət deyil". Onun sözlərinə görə, Paşinyanın bundan sonra Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb problemin ətrafında müzakirə və danışıqlar aparması sual altındadır: "Yeni baş nazir Dağlıq Qarabağla bağlı sərt, reallığa uyğun olmayan bəyanatlar verir. Paşinyanın münaqişə ilə bağlı danışıqlarda Dağlıq Qarabağın qurum kimi iştirak etməsi ilə bağlı səsləndirdiyi fikirlər onun bir sıra sənədlərdən xəbərsiz olduğunu göstərir". Politoloq qeyd edib ki, əgər Paşinyan baş nazirlik fəaliyyətini davam etmək istəyirsə, o zaman ölkənin həm daxili, həm də xarici siyasətindən xəbərdar olmalıdır: "Paşinyanın xəbəri yoxdur ki, 1990-cı illərin əvvəlində ATƏT-in Minsk qrupu yarananda orada tərəf kimi Azərbaycanla Ermənistanın adı çəkilir. Heç bir sənəddə "Dağlıq Qarabağın" ayrıca qurum kimi danışıqlarda iştirak etməsi əks olunmur. Əgər Paşinyan bunun əksini istəyirsə, o zaman erməni icması, azərbaycanlı icması ilə danışıqlar aparmalıdır. O münaqişənin həlli ilə bağlı istiqamətləri bilməlidir. Paşinyanın təcrübəsiz olması ilə yanaşı, savadı da hiss olunmur. Onun müxtəlif dilləri bilməsi heç də onun savadının göstəricisi deyil".
F.Sadıqov söyləyib ki, Paşinyanın münaqişə ilə bağlı sərt bəyanatları Ermənistanın maraqlarına uyğun deyil: "Əgər o, düşmən ölkədə yoxsulluq, miqrasiya, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasına qarşı mübarizə aparmaq istəyirsə, o zaman siyasi kursunu dəyişməlidir. Bu cür bəyanatlar, belə siyasətlə onlar heç nəyə nail ola bilməyəcək. Əgər Paşinyan Azərbaycanın gücünü görmək istəyirsə, o zaman öz siyasətini davam etsin. Ermənistan tərəfinin məsələnin həllində sağlam düşüncəyə malik olması əsas şərtlərdəndir. Əks halda, Ermənistanın hazırki vəziyyətdən çıxmaq şansı sıfıra yaxındır".
Bu arada Ermənistan mətbuatı erməni ictimaiyyətinin Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Silahlı Qüvvələrimizin Qarabağ cəbhəsində geniş miqyaslı hərbi əməliyyatlara başlaması barədə dedikləri fikirlərindən ciddi təşvişə düşüdüyünü gizlətmir. Həta bu barədə Rusiyanın "Nezavisimaya qazeta" nəşrinə istinad edən 1in.am saytının siyasət yazarı Sarqis Artsruni öz analitik məqaləsində qeyd edib. Onun yazdığına görə, rəsmi Bakı Ermənistanın yeni hakimiyyətinin separatçı "DQR"i danışıqla masasına gətirilməsinə reaksiya verib və bu amil Ermənistan üçün təhlükə yarada bilər. Beləliklə yaranmış son vəziyyətdən nəinki Ermənistan hakimiyyəti, hətta bu ölkənin havadarları narahat olmaqğa başlayıblar. Xatırladaq ki, Dağlıq Qarabağda müharibənin başlanma ehtimalı ilə bağlı məsələ zaman-zaman gündəmi zəbt edib. Lakin indiki qədər sözügedən məsələyə həssaslıqla yanaşılmayıb. Xüsusən xarici mətbuatda Ermənistan-Azərbaycan cəbhəsində silahlı toqquşma anonsunun verilməsi siyasi və hərbi ekspertləri də dilə gətirməyə məcbir edib. Yeri gəlmişkən xatırladaq ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bir müddət öncə qeyd etmişdi ki, Dağlı Qarabağda yeni müharibə Azərbaycan, Ermənistan və Rusiyada keçirilən seçkilərdən sonar baş verə bilər: "Azərbaycan, Rusiya və Ermənistanda seçkilər başa çatdıqdan və hakimiyyətin yenidən təşkilinin tamamlanmasından sonra Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salınması üçün imkan yarana və ya əksinə, hərbi əməliyyatlar yenilənə bilər". Bundan başqa, ABŞ Milli Kəşfiyyat İdarəsinin hazırladığı hesabatda 2018-ci ildə Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara başlaması ilə bağlı fikrin yer almasıdı. Müharibə anonsu ilə bağlı təxminən eyni fikri ifadə edən tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk bildirmişdi ki, Qarabağ ətrafında kövrək atəşkəsin və qeyri-sabitliyin sonsuzadək davam edəcəyinə inanmır: "Bakı çoxdan və açıq şəkildə hamıya eyham vurur ki, növbəti nəticəsiz və çoxillik danışıqlar prosesinə cəlb olunmaq niyyətində deyil. 2016-cı ilin aprel müharibəsindən praktik olaraq iki il ötüb. Amma prezidentlərin müvafiq sammitlərinin heç bir qərarı həyata keçməyib. Bu xüsusat da Azərbaycan rəhbərliyinə təzyiq edir. Əgər bütün Güney Qafqazı bürüyəcək birbaşa müharibə haqda fikri kənara atsaq, o zaman yeni şəraitdə Azərbaycan prezidenti yəqin ki, Qarabağı özünə yaxınlaşdırmaqla Avrasiya Birliyi və KTMT arasında ağıllı və optimal balans axtarmağa çalışacaq". Hazırda isə siyasi icmalçılar müharibənin başlana biləcəyi ehtimalından deyil, onun nəticələribndən danıçağı üstün tuturlar. Onu da qeyd edək ki, son günlərdə erməni və rus mediası Qarabağ cəbhəsində genişmiqyaslı hərbi əməliyyatların başlanması bununla da Ermənistana öldürcü zərbə vurulacağı haqqında yazılara geniş yer verir. Hətta erməni siyasətçi, analitik və ekspertlər Ermənistanın işğalçılıq siyasətinin artıq onların ziyanına, Azərbaycanın isə xeyrinə işlədiyini qeyd edirlər. İşğalçılıq siyasətinin Ermənistanın regionda həyata keçirilən iqtisadi, enerji, logistik və digər layihələrdən kənarda qaldığını dilə gətirirlər. Məhz işğalçılıq siyasəti Ermənistanı bölgənin ən perspektivsiz bir ölkəsinə çevirib. Odur ki, yaranmış vəziyyətdən yararlanan Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlamaqla öz ərazi bütövlüyünü təmin edəcəyi şübhəsizdir.
Alim