Deputat: "Bu fərman məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti addımdır"

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin fərmanı tam zamanında atılmış addımdır.

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin fərmanı tam zamanında atılmış addımdır. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Prezident İlham Əliyev Azərbayan əhalisinin rifah halının yaxşılaşmasına, o cümlədən qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir: "Bu əlavə tədbirlərlə bağlı verilmiş fərman qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti bir addımdır".

Deputat əlavə edib ki, məcburi köçkünlər fərmandan razılıqlarını bildirirlər: "Məcburi köçkünlər Azərbaycan prezidentinin yanında olduqlarını, onun siyasətini daim dəstəklədiklərini bildirirlər". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31