BAŞLANDI: Kaliforniya ABŞ-dan ayrılır
9 Noyabr 2016 16:44 SiyasətKaliforniya ştatının sakinləri ABŞ-ın tərkibindən çıxmaq üçün kampaniyaya başlamaq üçün çağırış edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə səslənən çağırışlar Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsi ilə bağlıdır.
Qeyd edilir ki, "Twitter"də "# Calexit" (Böyük Britaniyanın Avropa İttifaqından çıxması üçün aparılan "Brexit" kampaniyasının analoqu -red.) heşteqi reytinq qazanmağa başlayıb. Kaliforniyalılar şəxsi dövlətin yaradılmasını dəstəkləyirlər.
"Twitter"in istifadəçilərindən biri isə zarafat edib ki, Avropa İttifaqında bir yer boşalıb.
Qeyd edək ki, Kaliforniyada keçirilən seçkilərdə demokratların namizədi Hillari Klinton qələbə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31