ABŞ-ın xarici siyasətinin necə dəyişəcəyini söyləmək hələ ki tezdir - səfir Sekuta

ABŞ-ın Azərbaycana dair siyasətinin necə dəyişəcəyi haqqda danışmaq hələ ki tezdir, seçkilərin nəticələrini gözləmək lazımdır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

"Hələ yanvar ayının 20-dək prezident Barak Obamadır", - səfir deyib.

Səfir potensial qalib barədə heç bir şərh verməyib və nəticələri müşahidə etməyi məsləhət görüb.

"ABŞ-da seçkilər bu ölkənin gələcəyi ilə bağlı insanlar arasında keçirilən debatlardı" - Sekuta deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31