Ermənistan güzəştsiz bir mövqe sərgiləməyə başlayıb

Yeni döyüş münaqişənin birdəfəlik həllinə yol açacaq ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra yenidən cəbhə bölgəsində atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən intensiv şəkildə pozulmaqdadır. Bu dəfə atəşkəsin pozulmasında ermənilər daha iri çaplı silahlardan, əsasən minatanlardan və qumbaraatanlardan istifadə edir. Açıq-aşkar görünən odur ki, erməni tərəfi Azərbaycana "güc"nümayiş etdirir.

Yeni döyüş münaqişənin birdəfəlik həllinə yol açacaq

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra yenidən cəbhə bölgəsində atəşkəs rejimi Ermənistan silahlı qüvvələri tərəfindən intensiv şəkildə pozulmaqdadır. Bu dəfə atəşkəsin pozulmasında ermənilər daha iri çaplı silahlardan, əsasən minatanlardan və qumbaraatanlardan istifadə edir. Açıq-aşkar görünən odur ki, erməni tərəfi Azərbaycana "güc"nümayiş etdirir.

Avropa Məhkəməsi Ermənistana qarşı - Kütləvi ŞİKAYƏT

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, hərbi paraddan və hakimiyyətin yüksək pillələrində baş. verən dəyişiliklərdən sonra Ermənistan güzəştsiz bir mövqe sərgiləməyə başlayıb: "Ermənistan demək olar ki, hazırda Qarabağ münaqişəsinin nizamlanmasında iştirakını dayandırıb. Eyni zamanda düşmən ölkə cəbhə xəttində bu ilin aprel ayında Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan yüksəklikləri təxribat-diversiya həyata keçirməklə geri almaq istəyir". Politoloq hesab edir ki, Talış kəndi istiqamətində ermənilərin diversiya həmlələri yenidən cəbhə bölgəsində Aprel savaşına yol açacaq: "Ermənistan prezidenti Serj Sərkisyan itirilmiş mövqelərin geri alınmasını daima qeyd edir. Eyni zamanda müdafiə naziri Vigen Sərkisyanın işğal altında olan Azərbaycan ərazilərinə, Qarabağa gəlişi mövqeləri yoxlaması, burada səsləndirdiyi müharibə ritorikalı bəyanatlar rəsmi Yerevanın danışıqlara hazır olmadığını göstərir. Rusiya prezidentinin yaxın adamı Sergey Makrov da Ermənistanın danışıqları dayandırmasını qeyd etməklə, Rusiyanın hazırda danışıqlardan kənar olduğunu bildirmək istəyir". İnstitut rəhbəri onu da bildirib ki, Ermənistanın iradəsi Rusiyadan aslıdır: "Rusiyanın özünü bu prosesdən kənar çəkməsi, Ermənistanın da danışıqlara qatılmamasına səbəb olub. Rusiya Federasiyasının prezidenti Vladimir  Putin MDB məkanında mövqeyini gücləndirmək siyasətini aparır. Putin o, halda münaqişəni sülh yolu ilə həllinə razılaşacaq ki, Qarabağda Rusiyanın "Sülhməramlı" kontingenti yerləşsin. Rusiya sülh məramlılılarının Qarabağa gəlişi isə bu ərazilərin burdəfəlik itirməyimizə səbəb olar. Sabah Rusiya ilə siyasi gərginlik yaşanarsa, Qarabağda "referendum" keçirib, ərazini öz tərkibi elan edər". Politoloqun sözlərinə görə, ATƏT şəxsi mandatına uyğun olaraq cəbhə xəttində keçirilən monitorinq də atəşkəsi qorumağa xidmət edir: "Ermənistan tərəfi hazırda sərt ritorika sərgiləyir. Cəbhə bölgəsinə yaxın ərazilərdə Agdam və Agdərədə hərbi təlimləri keçirməklə, vəziyyəti gərinləşdirir. Düşmən ön xəttə yeni hərbi birliklər gətirərək müdafiəni gücləndirir. Aprel savaşından sonra Rusiyadan Ermənistana Gürcüstan ərazisi vasitəsilə yeni hərbi texnikalar, artilleriya sistemləri və zirehli texnikalar gətirilib və bu,silahların işğal olunmuş ərazilərdə yerləşdirilməsi mümkündür . Ermənistan tərəfinin də hazırkı mövqeyi Rusiyaya arxayınlıqdan irəli gəlir. Ermənistanın cəbhə xəttində güclənməsini, təkcə müdafiə kimi başa düşməməliyik. Çünki onun bu hərbi-siyasi hərəkətliliyi hücum taktikası ilə müşayət oluna bilər. Bütün bunlar itirilmiş mövqeləri geri almaq və daxildə olan siyasi sabitsizliyi önləmək məqsədi daşıyır. ATƏT-in Minsk qrupunun apardığı müzakirələr səmərəsiz və keçirilən danışıqlar artıq nəticəsidir. Belə olan halda yeni döyüş əməliyyatları baş verərsə, Azərbaycanın tam üsrünlüyü ilə həyata keçəcək. Və bu, döyüş münaqişənin birdəfəlik həllinə yol açacaq. Yeni döyüş aviasiya və raket atışlarının iştirakı ilə olacaqsa, Azərbaycanın Qarabağa nəzarəti bir həftə ərzində yekunlaşacaq. Çünki Azərbaycan güclü aviasiya və raket arsenalına malikdir . Ermənistanın İsgəndər-M raketlərini işə salması isə mümkün deyil. Çünki həmin raketlər Rusiyanın nəzarətindədir. Rusiya öz forpostuna belə silahları müstəqil idarə etmək səlahiyyəti verməyib". Politoloq hesab edir ki, beynəlxalq birlik, ATƏT-in Minsk qrupu, xüsusilə Ermənistanın havadarları bu ölkənin yox olmaq təhlükəsi ilə üzləşməsini istəmirlərsə, qəti şəkildə işğalçı ölkə qarşısında tələb qoymalı, onu danışıqlar masası ətrafında oturmağa vadar etməlidirlər: "Hələlik isə biz beynəlxalq aləmdən bu mövqeni görmürük. Belə olan halda Azərbaycan tərəfinin bəyan etdiyi kimi baş verəcək istənilən insdentə görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür."

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31