Dövlət Departamenti Dağlıq Qarabağa dair bəyanat verib

ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması prosesini dəstəkləyir.

Trend  bildirir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Trudo brifinq zamanı bildirib.

O deyib: "Biz ATƏT-in Minsk qrupunun həmsədri olaraq tərəflərlə fəal işləməyi davam etdiririk. Bizim mövqeyimiz Dağlıq Qarabağ münaqişəsinin özünü Helsinki Yekun Aktının prinsiplərində əks etdirən gücün tətbiq olunmaması, ərazi bütövlüyü kimi beynəlxalq hüquqa əsaslanan ədalətli həllinə yönəlib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31