Bakı forumu çərçiəsində jurnalistikanın informasiya dövrünə transformasiyası müzakirə edilib
V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Üç paneldən ibarət olan “dəyirmi masa”da informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması, mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu məsələləri müzakirə olunub.
30 Sentyabr 2016 14:31 SiyasətAslan Aslanov: "Beynəlxalq Forumu humanitar əməkdaşlığın "Azərbaycan modeli" adlandırmaq olar"
V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu" mövzusunda "dəyirmi masa" keçirilib. Üç paneldən ibarət olan "dəyirmi masa"da informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması, mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu məsələləri müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bildirib ki, dünyada münaqişələrin artdığı indiki dövrdə multikulturalizmi dövlət siyasətinin prioriteti elan edən bir ölkədə keçirilən bu beynəlxalq Forumu humanitar əməkdaşlığın "Azərbaycan modeli" adlandırmaq olar. "Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşmaqda olan dünya düzəni nəzərə alınmaqla XXI əsrdə qarşımızda duran problemlərin müzakirəsini zərurətə çevirib. Bu çoxvektorlu dəyişikliklər sistemində media və jurnalistika heç də digər mexanizmlərdən az rol oynamır. Təsadüfi deyil ki, Forumumuzun proqramında bu mövzuya ayrıca "dəyirmi masa" həsr edilib". "Dəyirmi masa"nın "İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması" mövzusunda birinci panelinin moderatoru, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Forumun təşkilinə görə Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə, həmçinin Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O, bildirib ki, müasir jurnalistika texnologiyalardan geniş şəkildə istifadə edir, medianın inkişafı üçün hərtərəfli imkanlar mövcuddur. Mixail Qusman medianın inkişaf meyillərindən asılı olmayaraq jurnalistikanın daim peşəkarlığı, obyektivlik prinsiplərini qorumalı olduğunu vurğulayıb.
UNESCO-nun baş direktorunun müavini Engida Qetaçyu deyib ki, medianın təqdim etdiyi xəbərlər etibarlı, operativ və qərəzsiz olmalıdır. Ona görə də cəmiyyətə etibarlı məlumatın çatdırlması vacibdir. ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva çıxışında Azərbaycan mətbuatının tarixindən, medianın cəmiyyətin maarifləndiri8lməsindəki rolundan shbət açıb. İranın İRNA agentliyinin icraçı direktoru Məhəmməd Xodadi isə bildirib ki, sülh, həmrəylik, humanitar məsələlər hər kəsin diqqətində olmalıdır. Malayziyanın "Qlobalist" jurnalının təsisçisi Yusof Haşimi jurnalistlərin bir qayda olaraq çalışdığı orqanın və ya siyasi partiyaların sözçüsü olduğunu deyib və qeyd edib ki, bu səbəbdən jurnalistlər tam mənada müstəqil deyillər. Efiopiyanın Fana Teleyayım Korporasiyasının baş icraçı direktoru Voldu Baraki Azərbaycan hökumətinə belə bir forum təşkil etdiyinə görə təşəkkür edib. Çıxışı zamanı o qeyd edib ki, hazırda daha çox məsuliyyətli mediaya ehtiyacımız var. Həmçinin dinamik jurnalistikanın inkişafı zəruridir. Yaponiyanın "World Investors" internet televiziyasının prodüseri Kazuyasu İşida çıxışında Azərbaycan-Yaponiya əlaqələrindən bəhs edib və bu əlaqələri yüksək qiymətləndirib. Kazuyasu İşida deyib ki, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində həm Bakı, həm də Tokio hər zaman maraqlıdır. O, da vurğulayıb ki, insanlar gün ərzində çoxlu sayda məlumatlar əldə etdiyi üçün həmin məlumatlar operativ və obyektiv olmalıdır.
Ümumiyyətlə, dəyirmi masada qeyd olunub ki, internetin geniş yayılması ilə hər bir insan kontent yaratmaq və onu bütün dünyaya yaymaq imkanı əldə edib. Peşəkar jurnalistika, xəbər yayımı üsulları dəyişir, bloqçuluq, sosial media, texnologiyalar inkişaf edir. Paneldə media qurumlarının informasiya bazarında yeri və onların obyektivliyi ilə auditoriya qazanmaq prinsiplərinə də toxunulub. "Dəyirmi masa" mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolunun müzakirə olunduğu panel iclasları ilə davam edib.
Süleyman