Rusiya baş nazirinin müavini: “Azərbaycanla münasibətlərimiz ən yüksək səviyyədədir”
"Bu gün Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir".
29 Sentyabr 2016 13:51 Siyasət"Bu gün Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir".
APA-nın məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Olqa Qolodets deyib.
O bildirib ki, bunu nəinki ölkə prezidentləri arasındakı əlaqələr, həmçinin 90-dan çox parlamentlərarası razılaşmaların imzalanması sübut edir: "Bu sənədlər mədəniyyət, təhsil və səhiyyə sahələrinə aiddir. Azərbaycan tarixi və coğrafi nöqteyi-nəzərdən regionun ən əhəmiyyətli ölkələrindən biridir. Bu ölkənin dinamik inkişafı böyük hörmət və sevincə layiqdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31