Təbrizdə referendumla bağlı səsvermə davam edir

Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumla əlaqədar ölkəmizin İranın Təbriz şəhərindəki Baş konsulluğunda 16 saylı Yasamal ikinci seçki dairəsi seçki komissiyasının 41 nömrəli seçki məntəqəsi fəaliyyət göstərir.

AZƏRTAC bildirir ki, Məntəqə Komissiyasından verilən məlumata görə, hazırda seçki prosesi davam edir.

Referendumda Təbrizdə fəaliyyət göstərən diplomatlarımız, onların ailə üzvləri, bu şəhərdə müvəqqəti yaşayan və ezamiyyətdə olan Azərbaycan vətəndaşları iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31