Radikal müxalifət yenə öz ampluasında

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun şəfaf və vətəndaşların iradəsi çərçivəsində baş tutması yerli və beynəlxalq müşahidəçilər tərəfindən birmənalı şəkildə etiraf edilir.

Təxribatçılar referenduma ləkə salmağa çalışırlar 
 

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun şəfaf və vətəndaşların iradəsi çərçivəsində baş tutması yerli və beynəlxalq müşahidəçilər tərəfindən birmənalı şəkildə etiraf edilir. Lakin bunun əksinə olaraq radikal müxalifət öz ənənəsinə sadiq qalaraq ictimaiyyəti çaşdırmaq yolu tutublar. Belə ki, radikal müxalifət təmsilçiləri sosial şəbəkələr vasitəsilə seçicilərə təxribatçı çağırışlar edbrlər. Hər vəclə referenduma ləkə salmağa çalışan təxribatçı Həbib Müntəzir "Facebook"dakı paylaşımında insanları səsverməyə gedərkən bülletenləri korlamağa, üzərini yazmağa çağırıb. Nəzərə alsaq ki, hər bir büllüten bir vətəndaşın səsi, iradəsi deməkdir. Bunun qəsdən korlanması Azərbaycana qarşı, səsvermədə iştirak edən seciçilərə qarşı sayğısızlıqdır. Seçmək hüquq olan hər bir vətəndaşın seçkidə iştirak etməsi onun qanunla təmin edilmiş hüququdur. Qanunla kimsə məcburi şəkildə səsverməyə cəlb oluna və vətəndaşlara öz fikirlərini ifadə etməkdə zor tətbiq edilə bilməz. Həbib Müntəzir və onun kimi pozucular zorla insanlara öz fikirlərini yeritməyə, referendumu gözdən salmağa can atırlar. "Facebook" sosial şəbəkəsində müxalifətçilərə məxsus "Azad söz" səhifəsi də eyni ssenarini davam etdirib. Həmin səhifədə müəllimlərə təxribatçı çağırış edilib. Çox təəssüf ki, bu üzdəniraq "siyasətçilər" dərk etmirlər ki, referendumla əlaqədar təşviqat kampaniyası sentyabrın 25-də başa çatıb və "sükut günü" elan edilib. Bu ərəfədə referendumun lehinə və əleyhinə çağırışlar etmək, reklam kampaniyası aparmaq qanunla qadağandır. Bu isə o deməkdir ki, radikallar bundan öncəki seçkilərdə olduğu kimi, yenə qanunun tələblərini pozaraq təxribatçı missiyalarını davam etdirirlər. 
Lakin təxribatçı müxalifətdən fərqli olaraq beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən ümumxalq səsverməsinin beynəlxalq standartlara uyğun gəldiyi qənaətindədirlər.Türkdilli ölkələrin Parlamentlər Assambleyasının (TÜRK PA) Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatı Nurlan Dulatbekov deyib ki, Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda səsvermə mütəşəkkil və sakit keçir. Onun sözlərinə görə, TÜRK PA missiyası artıq 3 seçki məntəqəsində olub: "Şəhər ətrafındakı seçki məntəqələrinə baş çəkmək də planlaşdırılır. Hər şey dəqiq təşkil edilib". Kipr Parlamentinin deputatı,ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos deyib ki, Azərbaycanda referendumla bağlı səsvermə çox yaxşı təşkil edilib. Onun sözlərinə görə, təşkilatçılar səsvermə ilə bağlı mümkün qədər məlumat verməyə çalışırlar: "Seçki məntəqələrində müxtəlif təşviqat materialları yerləşdirilib. Məntəqələr açılandan bəri 4 seçki məntəqəsində olmuşam. Proseduralar dəqiq həyata keçirilir". Referendumu müşahidə etmək üçün Azərbaycandan səfərdə olan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak isə deyib ki, səsvermə başladığı andan səs vermək üçün növbədə çoxlu adamlar var. O bildirib ki, səsverməyə qatılanlar arasında qadınlar üstünlük təşkil edir:"Biz Bakının mərkəzində olduq. Səsvermə prosesi çox yaxşı təşkil edilib". Xatırladaq ki, günün ilk saatlarında Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı seçki məntəqəsində və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqəsində olub. O, seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini öyrənib. Sonra müşahidə missiyasını regionlarda davam etdirib. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumla əlaqədar qurumun "qaynar xətt"inə cəmi bir neçə müraciət daxil olub. Onu da bildirək ki, seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Səsvermə prosesini 100-dən çox beynəlxalq və 53 min yerli müşahidəçi izləyir. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür. Belə halda hansı qanun pozuntusundan söhbət gedə bilər? 

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31