Referendum baş tutub

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum baş tutmuş hesab edilir. 

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum baş tutmuş hesab edilir. 

APA-nın məlumatına görə, Azərbaycan Seçki Məcəlləsinə əsasən, Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 153-cü maddəsində göstərilən məsələlər üzrə referendumda vahid seçici siyahısında olan seçicilərin 25 faizindən çoxu iştirak etdikdə referendum baş tutur.
Saat 12:00-a olan məlumata görə isə vahid seçici siyahısında olan seçicilərin 30,6 faizi artıq səs verib. Bu, referendumun baş tutduğunu göstərən amildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31