Radikalların Azərbaycanı xaosa çevirmək cəhdi

Bir qayda olaraq Azərbaycan mühüm siyasi, mədəni kütləvi tədbirlər, beynəlxalq əhəmiyyətli toplantılar keçirmək ərəfəsində olanda Qərbdəki müəyyən antiAzərbaycan qüvvələr ölkəmizə qarşı hərəkətə keçir. Bu zaman isə onların dadına hər zamankı kimi radikal müxalifət çatır. Yenə eyni prosesdi.

Cəmiyyət bu cür arzuedilməz proseslərə dəstək vermir

Bir qayda olaraq Azərbaycan mühüm siyasi, mədəni kütləvi tədbirlər, beynəlxalq əhəmiyyətli toplantılar keçirmək ərəfəsində olanda Qərbdəki müəyyən antiAzərbaycan qüvvələr ölkəmizə qarşı hərəkətə keçir. Bu zaman isə onların dadına hər zamankı kimi radikal müxalifət çatır. Yenə eyni prosesdi. Azərbaycan xalqı sentyabrın 26-da ölkə konstitusiyasına əlavə və dəyişikliklər etmək üçün ümumxalq səsverməsinə hazırlaşdığı bir vaxtda antiAzərbaycan şəbəkə və onların ölkəmizdəki əlaltılarının aktivliyi atıb. Məqsəd isə referendum ərəfəsində ölkədəki ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycanın inkişafına əngəl olmaqdır. Əgər Qərbdəki bəlli dairələrin başlıca hədəfi Azərbaycanın sürətli inkişafının qarşısını almaq, onun regionda, hətta dünyada söz sahibinə çerilməsini əngəlləməkdirsə, onlara dəstək verən radikal müxalifətin əsas məqsədi isə yalnız hakimiyyəti qəsb etməkdir. Yalnız necə olursa-olsun yalnız hakimiyyəti ələ keçirək prinsipi ilə yaşayan radikallar bu istəklərinə nail olmaq üçün hətta Azərbaycanın ən qatı düşməni olan ermənilərlə belə işbirliyinə girməyə hazırdır. Necə ki, son günlər okeanın o tayında Azərbaycan əleyhinə təşkil olunan dinləmədə bunun şahidi olduq. Cəmiyyət Əli Kərimlinin hakimiyyəti ələ keçirmək məqsədilə hətta Qarabağdakı erməni separatçılarının lideri Bako Saakyanla belə əməkdaşlığa getdiyininm şahidinə çevrildi. Bu fakt öz-özlüyündə onu deməyə əsas verir ki, Azərbaycanın radikal müxalifəti üçün dövlətçilik, milli maraqlar, Vətən, xalq sevgisi tamamilə itib. Onlar bu gün hakimiyyəti ələ keçirmək üçün Azərbaycanın vətəndaş qarşıdurmalarının yaşandığı Liviya, Misir, Suriyaya çevrilməsini belə qəbul edirlər. Bir şərtlə ki, istəkləri, hakimiyyət iddiaları təmin olunsun. Son vaxtlar radikal müxalifə tliderlərinin tez-tez Qərb ölkələrinin Azərbaycandakı səfirliklərində peyda olması, həmçinin Milli Şura adlanan qurumun sədri sayılan Cəmil Həsənlinin Strasburqa səfəri, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili də məhz bu məqsədlərə xidmət edir. Maraqlı məqam ondan ibarətdir ki, radikal müxalifət hakimiyyətə gəlmək yanğısını söndürmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Qərbdəki ağaları ilə yanaşı Şərqin radikal dini qruplaşmalarından da yararlanmağı məqbul hesab edən radikalların keçirdikləri son mitinqlərinin iştirakçılarına nəzər yetirdikdə bu aydın olur. Bunun üçün təkcə bir faktı qeyd etmək kifayətdir. Belə ki, radikal "Müsəlman Birliyi"nin sədri Taleh Bağırov və İslam partiyasının sədri Mövsüm Səmədovun tərəfdarlarının 11 və 17 sentyabr mitinqlərinə qoşulması bunun əyani sübutudur. Bu arada Əli Kərimlinin terrorçu Fətullah Gülənlə əlaqələrinin üzə çıxması da deyilənləri təsdiqləyir. Təssüflər olsun ki, ABŞ-ın dövlət büdcəsindən maliyyələşən "Azadlıq" radiosu, "Amerikanın səsi" və BBC də bir çox hallarda radikalların mövqeyindən çıxış edir, cəmiyyətə yalan, cəfəng informasiyalar ötürür. Eyni yanaşma radikalların əsas tribunası sayılan "Meydan TV" də müşahidə edilir.

Ancaq sevindirici hal ondan ibarətdir ki, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti radikalların mövqeyini qəbul etmir, onları dəstəkləmir. Hər halda Milli Şura adlanan qurum və Müsavat Partiyasının bu günlərdə keçirdiyi mitinqlərə məhdud sayda insanların qatılması bunun əyani sübutudur. Təşkil etdiyi aksiyalarda iştirakçıların sayının azalan xəttə doğru getməsi Milli Şuranı 24 sentyabr mitinqini təxirə salmaq məcburiyyətində qoyub ki, bu da Azərbaycan vətəndaşlarının müxalifətin aksiyalarına dəstək verməməsinin göstəricisidir. Artıq radikal müxalifət düşərgəsində vəziyyət o həddə çatıb ki, həm AXCP, həm də Müsavat mitinq uğursuzluğunu öz yalnış siyasətlərində deyil, bir-birində görür. Son aksiyadan keçən bir neçə gün ərzində cəbhəçilər və müsavatçılar arasında gedən söz savaşı hakimiyyətə gəlmək istəyən radikalların arasında belə fikir birliyinin olmadığını göstərir. Bu amilin özü də xalqın radikal müxalifətə dəstək verməməsini şərtləndirir. Bu gün tam əminliklə Azərbaycan vətəndaşları dövlətçiliyin, mövcud hakimiyyətin, ən əsası prezident İlham Əliyevin tərəfindədir. Xalq Azərbaycanın mvcud ictimai-siyasi vəziyyətdə daha da inkişaf etməsini istəyir və hazırkı siyasi kursa sadiqdir. Bu da öz-özlüyündə onu deməyə əsas verir ki, Azərbaycan vətəndaşları 26 sentyabrda radikalların düşündüyündən fərqli olaraq konstitusiyaya əlavə və dəyişikliklərin lehinə səs verəcək. Çünki bu dəyişikliklər Azərbaycanın daha inkişafına xidmət edəcək.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31