"Onlar elə bilir ki, biz Afrika ölkəsiyik..."

"Xaricdən Azərbaycandakı radikal müxalifətə dəstək verən qüvvələr burada tolerantlığın, sabitliyin, inkişafın olmasını istəmirlər. Onlar heç cür qəbul edə bilmirlər ki, Azərbaycan kimi balaca bir ölkə iqtisadi cəhətdən inkişaf edir, beynəlxalq aləmdə nüfuz qazanır, onun prezidenti böyük hörmətə malikdir. Onlar elə bilir ki, biz Afrika ölkəsiyik və burada qarışıqlıq salmaq olar. Elə deyil!"

"Xaricdən Azərbaycandakı radikal müxalifətə dəstək verən qüvvələr burada tolerantlığın, sabitliyin, inkişafın olmasını istəmirlər. Onlar heç cür qəbul edə bilmirlər ki, Azərbaycan kimi balaca bir ölkə iqtisadi cəhətdən inkişaf edir, beynəlxalq aləmdə nüfuz qazanır, onun prezidenti böyük hörmətə malikdir. Onlar elə bilir ki, biz Afrika ölkəsiyik və burada qarışıqlıq salmaq olar. Elə deyil!"

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Milli Şuranın Konstitusiyaya dəyişikliklərin əleyhinə mitinqlər keçirməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, müxalifətin radikal qanadının, Milli Şuranın mitinq keçirməsi, buna xaricdən müxtəlif qüvvələrin dəstək verməsi Azərbaycanda yenilik deyil, bu, həmişə olub, indi də davam edir. Həqiqət odur ki, bunların keçirdiyi mitinqə cəmi bir neçə yüz adam gəlib. Bu, onu göstərir ki, camaat bunları dəstəkləmir:

"Hökumət bu gün onlara mitinq üçün yer də, vaxt da ayırır, polis onların təhlükəsizliyini qoruyur. Bəs bu mitinqin mahiyyəti nədir? Referenduma qarşı çıxmaq. Konstitusiya dəyişikliklərin nəyi pisdir? Orada elə bəndlər var ki, Azərbaycanda gələcəkdə idarəetmənin təkmilləşməsini təmin edəcək. Xarici qüvvələrin dəstəyi və sifarişi ilə daxildə qüvvələr bu dəyişikliyə qarşı mitinq keçirəndə təhlil etsinlər, dərk etsinlər ki, bu mitinq onlara nə verdi? Nəsə oldu? Yox!

Xalq Azərbaycan prezidenti İlham Əliyevin siyasətini dəstəkləyir. Camaat onların mitinqlərinə getmir. Bu gün Azərbaycanın hər yerində referendumla bağlı keçirilən görüşlərdə insanlar deyir ki, biz gəlib bu dəyişikliklərə səs verəcəyik. Ona görə də hesab edirəm ki, istər daxildəki müxalif qüvvələr, istərsə də onlara xaricdən dəstək verənlər ölkəmiz üçün ciddi təhlükə deyillər. Kənardan sifariş edənlər və onların daxildəki icraçıları Azərbaycanda heç nəyə nail ola bilməyəcəklər. Azərbaycanın öz strateji xətti var və onunla da irəliləyir".

Millət vəkilinin fikrincə, Azərbaycanı uğurlu gələcək gözləyir: "Bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ məsələsidir. Onun həlli ilə bağlı danışıqlar gedir və fikrimcə, mütləq bir nəticəsi olacaq. Digər tərəfdən, iqtisadi çətinliklər var ki, onlar da dünyadakı qlobal böhranla əlaqədardır. İndi biz bu böhrandan çıxmağın yollarını düşünüb tapmalıyıq. Bütün dünyada 10 ildir iqtisadi böhran hökm sürürdü, amma Azərbaycan inkişaf edirdi. Bu, bir göstəricidir. Amma daxildə olan qüvvələr bunu qəbul etmək istəmir. İndi bir az problem olan kimi bunu qabardırlar. Amma xalq bunun səbəbini çox gözəl başa düşür. Ona görə də hər şey öz yerini tapacaq və qarşıda Azərbaycanı daha böyük inkişaf və gözəl gələcək gözləyir".

Milli.Az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31