“Sarkisyan Abramyanı istefaya məcbur etməklə göstərir ki...” - ŞƏRH

“Ermənistanın baş naziri Ovik Abramyanın istefası gözlənilənin elanı idi. Son aylar Ermənistanda ancaq elə bu mövzu müzakirə olunurdu”. Modern.az xəbər verir ki, bu sözləri Ovik Abramyanın istefasını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

"Ermənistanın baş naziri Ovik Abramyanın istefası gözlənilənin elanı idi. Son aylar Ermənistanda ancaq elə bu mövzu müzakirə olunurdu". Modern.az xəbər verir ki, bu sözləri Ovik Abramyanın istefasını şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, Ovik Abramyanın istefaya gedəcəyi barədə əvvəlcədən anons edilmiş xəbər ictimaiyyətə elə hakimiyyət içindən ötürülmüşdü:

"Məqsəd Ermənistanda baş verənlərə görə bütün günahı Abramyana yükləməkdir. Prezident Serj Sarkisyan Abramyanı istefaya məcbur etməklə cəmiyyətə göstərir ki, ağır iqtisadi və sosial vəziyyətə görə Abmaryan məsuliyyət daşıyır. Guya Abramyanın yerinə təyin olunacaq şəxs durumu dəyişə biləcək ki? Sarkisyan vaxt udmaq istəyir, parlament seçkisinə qədər hakimiyyətini qorumağa çalışır. Məqsəd parlament seçkisində qələbə çalıb baş nazir kreslosunu əldə etməkdir. Məsələ burasındadır ki, Konstitusiya dəyişikliklərindən sonra Ermənistanda əsas fiqur prezident deyil, baş nazir olacaq. Buna mane olacaq iki qüvvə var - küçələrə axışa biləcək insanlar və ya Moskva. Birincini bir təhər neytrallaşdıra bilər, önəmli olan ikincini razı salmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31